Müctəba Xameneinin harada olduğu barədə rəsmi açıqlama
İranın Rusiyadakı səfiri Kazem Cəlali yeni Ali Rəhbər Müctəba Xameneinin müalicə üçün gizlicə Moskvaya gətirilməsi barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.
Martın 17-də jurnalistlərə açıqlama verən səfir bu cür iddiaların heç bir əsası olmadığını və regiondakı gərginlik fonunda dezinformasiya məqsədi daşıdığını bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Küveytin "Əl-Cəridə" qəzeti öz mənbələrinə istinadən Müctəba Xameneinin fevralın 28-də həyata keçirilən ilk hava zərbələri zamanı yaralandığını və təhlükəsizlik mülahizələri ilə Rusiya hərbi təyyarəsində Moskvaya təxliyə edildiyini iddia etmişdi. Hətta qəzet Rusiya Prezidenti Vladimir Putinin şəxsi iqamətgahlarından birindəki özəl klinikada Xameneinin uğurlu əməliyyat keçirdiyini də qeyd etmişdi.
Dünən isə Kremlin mətbuat katibi Dmitri Peskov bu xəbərləri şərh etməkdən imtina edərək mövzunu açıq saxlamışdı. Lakin səfir Kazem Cəlali bu gün bu iddiaları rəsmən rədd edərək yeni liderin hazırda İranda olduğunu və dövlət işlərini birbaşa idarə etdiyini vurğulayıb.
Bununla belə, ABŞ Prezidenti Donald Trampın "Müctəba Xameneinin sağ olduğuna şübhə edirəm, çünki o, hələ də ictimaiyyət qarşısına çıxmayıb" sözləri beynəlxalq mediada müzakirələrin davam etməsinə səbəb olur. Səfirin bu təkzibi Tehranın həm daxili auditoriyanı sakitləşdirmək, həm də liderin qeybə çəkilməsi ilə bağlı yaranan suallara son qoymaq cəhdi kimi qiymətləndirilir.
Тег #İran səfirliyi используется
- “Azərbaycan və İran bunu birgə etməlidir ki...” | İran səfirindən gecikmiş çağırış - Baku TV
- Naxçıvana terror hücumunda aşkar İran izi | Səfir sualdan niyə yayındı? - Baku TV
- “İran özünü müdafiə etmək üçün hücuma keçdi” | Səfirdən müəmmalı açıqlama - Baku TV
- İran səfiri Naxçıvana PUA hücumu barədə əsaslı məlumatları təkzib etdi - Baku TV
- İran səfiri Pezeşkianın səfərindən təsəlli kimi niyə istifadə etdi? - Baku TV
