Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib - Baku TV
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qurultay keçiriləcəyini bildirib.
“Qurultay keçirəcəyik, dostlar” deyib və əlavə edib ki, bunun üçün qurultayın qanuni zəmində keçirilməsi lazımdır.
CHP-nin sədri jurnalistlərə hazırda müəyyən prosesin başladığını açıqlayıb.
“Bu prosesin sağlam bir zəmində irəliləməsi lazımdır. Partiyanın birliyinin, bütövlüyünün qorunması, birlikdə mübarizə aparılması, mövcud problemlərə qarşı sağlam həllər irəli sürmək hamımızın ortaq vəzifəsidir. Bunu etmək məcburiyyətindəyik”, – deyə o söyləyib.
Kılıçdaroğlu CHP-nin Parlament Qrupunun sədri seçilən Özgür Özel barədə suallara da cavab verib.
“Hər şeyin qanuni zəmində edilməsi lazımdır. Qrup sədrlərinin, müavinlərin seçilməsi, qurultayların keçirilməsi, qurultaylarda deleqatların, partiya məclisinin seçilməsi, bütün bunların hüquqi zəmində edilməsi vacibdir. Buna diqqət göstəririk”, – Kılıçdaroğlu vurğulayıb.
Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.
Тег #Türkiyə используется
- Gəmi batdı, qorxulu anlar yaşandı | Hadisə yerindən anbaan görüntülər - Baku TV
- Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batıb
- Türkiyə və ABŞ liderləri arasında vacib danışıq - Baku TV CANLI
- Türkiyəli nazir forumla bağlı təəssüratlarını bölüşdü - Baku TV
- Ərdoğan beynəlxalq təşkilatlardan dəstək istədi
