Выбрать плеер:
Konqoda onlarla insan ölüb, itkin düşənlər var
Konqonun cənubunda qeyri-qanuni mədənçilərin işlədiyi mis mədəninin bir hissəsi çöküb.
Bu barədə yerli media məlumat yayıb.
Lualaba əyalətinin qubernatoru Fifi Massukinin sözlərinə görə, azı 32 nəfər həyatını itirib.
O əlavə edib ki, axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər. Bununla belə, Mədənçilər Assosiasiyası 49 nəfərin öldüyünü və onlarla işçinin itkin düşdüyünü bildirib.
Səlahiyyətli şəxslər hesab edirlər ki, hadisəyə səbəb leysan yağışları nəticəsində yaranan torpaq sürüşmələridir. Bununla belə, ehtimal edilir ki, mədəndə silahlı mühafizəçilərlə mədənçilər arasında münaqişə baş verib. Nəticədə işçiləri dağıtmaq istəyən mühafizəçilər onlara atəş açıb.
Скопировано
