Merts İran və ABŞ-İsrail arasındakı müharibəyə etirazını bildirdi
İran ətrafındakı münaqişəni hərbi yolla nizamlamaq mümkün deyil, siyasi həll lazımdır və Almaniya müvafiq səylərdə iştirak etməyə hazırdır.
Bu barədə Almaniya Kansleri Fridrix Merts Berlində Niderlandın Baş naziri Rob Yettenlə birgə mətbuat konfransında bildirib.
"Bu müharibənin riskləri böyükdür", – deyə o qeyd edib.
Mertsin sözlərinə görə, münaqişənin nizamlanması yalnız diplomatik yolla mümkündür. Bu münaqişənin hərbi həlli olmayacaq, onu yalnız siyasi yolla həll etmək olar", – deyə Kansler vurğulayıb.
O əlavə edib ki, Almaniya hökuməti belə həllin tapılması istiqamətində beynəlxalq səylərdə iştirak etməyə hazırdır.
Merts həmçinin xəbərdarlıq edib ki, region qeyri-müəyyən nəticəli uzunsürən müharibə təhlükəsi ilə üzləşə bilər. Kansler münaqişəyə mümkün qədər tez son qoymağa çağırıb.
Тег #ABŞ-İsrail-İran müharibəsi используется
- ABŞ-ni İran məsələsində Avropa niyə dəstəkləmir? | Savaşın gedişatında dilemma - Baku TV
- "32 ölkə ilə hücum əməliyyatları keçirə bilmərik" | Finlandiya Prezidentindən müharibə ilə bağlı açıqlama
- Minabda məktəbə endirilən zərbə üçün kompensasiya tələbi | İranın Moskvadakı səfirindən açıqlama
- Trampdan İrana qarşı hərbi əməliyyatlar barədə sensasiya
- Böyük Britaniyada ABŞ və İsrailin hücumlarına qarşı etiraz aksiyası
