Выбрать плеер:

"32 ölkə ilə hücum əməliyyatları keçirə bilmərik" | Finlandiya Prezidentindən müharibə ilə bağlı açıqlama

17 марта 2026 335 просмотров

Finlandiya Prezidenti Aleksander Stubb ABŞ-nin İranla bağlı hərbi əməliyyat planlarını əvvəlcədən Avropa müttəfiqləri ilə müzakirə etmədiyini, lakin hazırda bu məsələ üzrə aparıcı Avropa ölkələri ilə əlaqə saxladığını bildirib.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Stubbun sözlərinə görə, Vaşinqton hazırda Paris, London və Berlinlə bu məsələ ətrafında təmasdadır.

“İlkin əməliyyat müttəfiqlərlə müzakirə olunmayıb, lakin əminəm ki, Prezident Donald Tramp hazırda Böyük Britaniya, Fransa və Almaniya ilə danışır”, deyə o qeyd edib.

Finlandiya Prezidenti əlavə edib ki, NATO müttəfiqləri Ağ Ev rəhbərinin Hörmüz boğazının açılması ilə bağlı çağırışlarını ciddi qəbul etməlidirlər.

O vurğulayıb ki, NATO mahiyyət etibarilə müdafiə xarakterli alyansdır və genişmiqyaslı hücum əməliyyatları aparmaq üçün yaradılmayıb.

“Bu o deməkdir ki, biz 32 ölkə ilə hücum əməliyyatları keçirə bilmərik. Soyuq müharibədən sonra sülhməramlı missiyalar olub, lakin onlar beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində əsaslandırılıb. Hazırkı vəziyyət isə xeyli fərqlidir”, deyə Stubb bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən paytaxt Tehran şəhərinə endirilib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq İsrailə zərbələr endirdiyini açıqlayıb. Eyni zamanda ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı obyektləri də hücumlara məruz qalıb.

Скопировано
İranın ABŞ-dən tələbləri açıqlandı | Razılaşmanın detalları məlum oldu - ANA XƏBƏR

İranın ABŞ-dən tələbləri açıqlandı | Razılaşmanın detalları məlum oldu - ANA XƏBƏR

Dünya
12 июня 2026 335 просмотров
Tehran ilkin razılaşma mətnini imzalayacaq? - AKTUAL GÜNDƏM

Tehran ilkin razılaşma mətnini imzalayacaq? - AKTUAL GÜNDƏM

Dünya
12 июня 2026 335 просмотров
65 milyon dollarlıq narkotik maddə müsadirə edildi

65 milyon dollarlıq narkotik maddə müsadirə edildi

Dünya
12 июня 2026 335 просмотров
“Rusiyanın itkiləri sürətlə artır, Ukrayna bunu etsə...” | “Bloomberg” 

“Rusiyanın itkiləri sürətlə artır, Ukrayna bunu etsə...” | “Bloomberg” 

Dünya
12 июня 2026 335 просмотров
Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub | Axios

Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub | Axios

Dünya
12 июня 2026 335 просмотров
İsrail Ordusu sərhəddən 10 km aralıda yeni mövqelərə nəzarəti ələ keçirdi

İsrail Ordusu sərhəddən 10 km aralıda yeni mövqelərə nəzarəti ələ keçirdi

Dünya
12 июня 2026 335 просмотров
Əbu-Dabi Tehranla dialoqu bərpa edir?

Əbu-Dabi Tehranla dialoqu bərpa edir?

Dünya
12 июня 2026 335 просмотров
Den Carvis ölkənin müdafiə naziri təyin edilib

Den Carvis ölkənin müdafiə naziri təyin edilib

Dünya
12 июня 2026 335 просмотров
Yer üzünün ən quraq səhrası ilə bağlı yeni faktlar üzə çıxdı

Yer üzünün ən quraq səhrası ilə bağlı yeni faktlar üzə çıxdı

Dünya
12 июня 2026 335 просмотров
Burada yaşayan canlılara dünyanın başqa heç yerində rast gəlinmir

Burada yaşayan canlılara dünyanın başqa heç yerində rast gəlinmir

Dünya
12 июня 2026 335 просмотров
Выбранные
icon