Əbu-Dabi Tehranla dialoqu bərpa edir?
"Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında baş verənlər ciddi narahatlıqlara səbəb olur".
Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə düşünülmədən atılan addımlar ciddi fəsadlara səbəb olacaq.
"Yanlış strategiyalar və impulsiv qərarlar bütün lövhəni ən pis tərəfə çevirəcək, enerji infrastrukturunu və bazarları silkələyəcək və içində illərlə ilişib qalacağınız sonsuz bir bataqlıq yaradacaq", – deyə Qalibaf bildirib.
Xatırladaq ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Xarq adasını ələ keçirmək niyyətində olduğunu diqqətə çatdırıb.
Bu arada, Birləşmiş Ərəb Əmirlikləri və İranın milli təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəkvəzifəli nümayəndələri arasında görüş keçirilib.
"Bloomberg"in yazdığına görə, təşəbbüs əsasən gərginliyi azaltmağa və Tehranla dialoqu bərpa etməyə çalışan Əbu-Dabidən gəlib.
Vurğulanıb ki, hazırda BƏƏ hakimiyyəti diqqəti öz iqtisadiyyatı və milli təhlükəsizliyi üçün risklərin minimuma endirilməsinə yönəldib. Bu yanaşma Əbu-Dabinin münaqişənin ilkin mərhələlərində tutduğu daha sərt mövqeyə ziddir.
Qeyd edək ki, bu, ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri tərəflərin ilk görüşüdür.
Тег #İran используется
- Silahlı qruplaşmalar kimə tabe olacaq? | İran təhlükəsizlik siyasətini pozur - Baku TV
- Vaşinqton və Tehran yenidən qarşı-qarşıya | Tramp İranı hədələdi - ANA XƏBƏR
- Yaxın Şərq od içində: İran danışıq masasına qayıdacaq? - AKTUAL GÜNDƏM
- Yeni geosiyasi reallıq: ABŞ və İran arasında xroniki qarşıdurma dövrü başlayır? - AKTUAL GÜNDƏM
- İran müxalifəti FIFA-nı milli komandaya qadağa qoymağa çağırır
