Выбрать плеер:

Moskvadan İrəvana açıq mesaj | Bu, artıq aktual məsələdir

11 июня 2026 53 просмотров

“Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında təcili seçim etməlidir, bu, artıq aktual məsələdir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.

“Ermənistan Avropa İttifaqına qoşulmaq haqqında qanun qəbul edib, ona görə də məsələ artıq aktualdır”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin və hökumət üzvlərinin Ermənistanın üzvlüyü məsələsinin ən qısa müddətdə həll edilməli olduğu barədə sözlərini xatırladıb.

“Erməni xalqının seçiminə hörmət edirik. Amma bu seçimin də nə olduğunu bilmək istəyirik. Əks halda, Avropa İttifaqına qoşulmaqla bağlı qanun qəbul edən Ermənistanın Avrasiya İqtisadi Birliyində qalması mümkün olmayacaq. Çünki bu iki birliyin normaları bir-birini istisna edir”, – deyə o bildirib.

Lavrov eyni zamanda əlavə edib ki, KTMT-yə üzv dövlətlər Ermənistanın iki ildir üzvlük haqqını ödəməməsi səbəbindən təşkilatın nizamnaməsinin 25-ci maddəsinin tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəlib.

KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlətlər iki il ərzində təşkilatın büdcəsinə olan borclarını ödəmək öhdəliklərini yerinə yetirmədikdə, qurum həmin dövlətin vətəndaşlarının təşkilat daxilində kvota vəzifələrini irəli sürmək hüququnu dayandırmaq, eləcə də borc tam ödənilənə qədər onları təşkilatın orqanlarında səs vermək hüququndan məhrum etmək qərarına gəlir.

Скопировано
900 uçuş, 2,9 milyon dollar maaş və saxta sənədlər

900 uçuş, 2,9 milyon dollar maaş və saxta sənədlər

Dünya
12 июня 2026 53 просмотров
14 min il əvvəl insanlar mağaraları necə işıqlandırırdılar?

14 min il əvvəl insanlar mağaraları necə işıqlandırırdılar?

Dünya
12 июня 2026 53 просмотров
Tehran Vaşinqtonun şərtlərini qəbul edəcək?

Tehran Vaşinqtonun şərtlərini qəbul edəcək?

Dünya
12 июня 2026 53 просмотров
NATO Bolqarıstanda hərbi təlimlər keçirdi

NATO Bolqarıstanda hərbi təlimlər keçirdi

Dünya
12 июня 2026 53 просмотров
Yaxın Şərqdə gərginlik | Quterreşdən çağırış | Dünya çempionatının açılış mərasimi - YENİ BİR SƏHƏR

Yaxın Şərqdə gərginlik | Quterreşdən çağırış | Dünya çempionatının açılış mərasimi - YENİ BİR SƏHƏR

Dünya
12 июня 2026 53 просмотров
Tehran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib - Baku TV

Tehran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib - Baku TV

Dünya
12 июня 2026 53 просмотров
Aİ-dən təcili çağırış | ABŞ və İran arasında döyüşlər yenidən başlayır? - Baku TV

Aİ-dən təcili çağırış | ABŞ və İran arasında döyüşlər yenidən başlayır? - Baku TV

Dünya
12 июня 2026 53 просмотров
Vaşinqton və Tehran arasında susan silahlar yenidən raket yağışına çevrildi - Baku TV

Vaşinqton və Tehran arasında susan silahlar yenidən raket yağışına çevrildi - Baku TV

Dünya
12 июня 2026 53 просмотров
İrana qarşı planlaşdırılan zərbələr niyə ləğv olundu? - 24 SAAT

İrana qarşı planlaşdırılan zərbələr niyə ləğv olundu? - 24 SAAT

Dünya
12 июня 2026 53 просмотров
Silahlı qruplaşmalar kimə tabe olacaq? | İran təhlükəsizlik siyasətini pozur - Baku TV

Silahlı qruplaşmalar kimə tabe olacaq? | İran təhlükəsizlik siyasətini pozur - Baku TV

Dünya
12 июня 2026 53 просмотров
Выбранные
icon