Şiddətli zərbələr: İranın hədəsinin arxasındakı plan | Trampın çıxışı aranı qarışdırdı - Baku TV
SEPAH-ın son hədəsi yalnız hərbi bəyanat deyil. Bu, əslində, Yaxın Şərqdə yeni təhlükəsizlik reallığının elanıdır.
İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bəyan edib ki, əgər Hörmüz boğazında sabitliyi pozma cəhdi olarsa, İran “bütün bölgəni cəhənnəmə çevirəcək”. Bu ifadə ilk baxışdan emosional görünə bilər. Amma hadisələrin gedişi göstərir ki, Tehranın sözləri artıq konkret hərbi addımlarla müşayiət olunur.
ABŞ Prezidenti Donald Trampın “bu gün də İrana ağır zərbə vuracağıq” açıqlamasından sonra İranın cənubundakı hərbi və strateji obyektlər yenidən hədəfə alınıb. Bəndər Abbas, Buşehr və Hörmüz boğazına yaxın ərazilərdə partlayış səsləri eşidilib. Buna cavab olaraq İran ABŞ bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Məhz burada əsas sual ortaya çıxır: SEPAH “bölgə” deyəndə haranı nəzərdə tutur?
