Выбрать плеер:

Burada yaşayan canlılara dünyanın başqa heç yerində rast gəlinmir

12 июня 2026 32 просмотров

Kalahari səhrasının altında nəhəng yeraltı göl gizlənir. Onun dərinliyi yüzlərlə metrə çatır və burada Yer üzündə başqa heç yerdə rast gəlinməyən canlılar yaşayır.

Namibiyada yerləşən "Əjdahanın Nəfəsi" mağarası səthdən təxminən 60 metr dərinlikdə başlayır və dünyanın ən böyük yeraltı gölünə çıxır. Gölün səth sahəsi təxminən iki futbol meydançası böyüklüyündədir.

Mağara adını girişdən qalxan isti və rütubətli havadan alıb. Müəyyən şəraitdə bu hava kondensasiya olunaraq incə duman yaradır. Mağara milyonlarla il ərzində yeraltı suların süxurları yavaş-yavaş həll etməsi nəticəsində formalaşıb və böyük su ilə dolu boşluq yaranıb.

Mağara 1986-cı ildə kəşf edilib. Bir il sonra oraya ekspedisiya təşkil edilib və təxminən 2 hektar sahəsi olan yeraltı göl araşdırılıb. 2015-ci ildə dalğıclar 132 metr dərinliyə enə biliblər. 2019-cu ildə isə süni intellektlə təchiz olunan "Sunfish” adlı avtonom sualtı dron vasitəsilə mağaranın xəritəsi hazırlanıb və gölün dərinliyinin 264 metrə çatdığı müəyyən edilib.

Bu mağaradakı xüsusi şərait – günəş işığının olmaması, kristal təmiz su və sabit temperatur burada unikal canlıların formalaşmasına səbəb olub. Onlar arasında kor qızılı mağara balığı və ağ kor krevetlər var. Bu növlər tam qaranlıq mühitə uyğunlaşaraq təkamül edib və əsasən mağaranın yuxarı hissəsində yaşayan yarasaların nəcisləri ilə qidalanırlar.

Скопировано
Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub | Axios

Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub | Axios

Dünya
12 июня 2026 32 просмотров
İsrail Ordusu sərhəddən 10 km aralıda yeni mövqelərə nəzarəti ələ keçirdi

İsrail Ordusu sərhəddən 10 km aralıda yeni mövqelərə nəzarəti ələ keçirdi

Dünya
12 июня 2026 32 просмотров
Den Carvis ölkənin müdafiə naziri təyin edilib

Den Carvis ölkənin müdafiə naziri təyin edilib

Dünya
12 июня 2026 32 просмотров
Yer üzünün ən quraq səhrası ilə bağlı yeni faktlar üzə çıxdı

Yer üzünün ən quraq səhrası ilə bağlı yeni faktlar üzə çıxdı

Dünya
12 июня 2026 32 просмотров
900 uçuş, 2,9 milyon dollar maaş və saxta sənədlər

900 uçuş, 2,9 milyon dollar maaş və saxta sənədlər

Dünya
12 июня 2026 32 просмотров
14 min il əvvəl insanlar mağaraları necə işıqlandırırdılar?

14 min il əvvəl insanlar mağaraları necə işıqlandırırdılar?

Dünya
12 июня 2026 32 просмотров
Tehran Vaşinqtonun şərtlərini qəbul edəcək?

Tehran Vaşinqtonun şərtlərini qəbul edəcək?

Dünya
12 июня 2026 32 просмотров
NATO Bolqarıstanda hərbi təlimlər keçirdi

NATO Bolqarıstanda hərbi təlimlər keçirdi

Dünya
12 июня 2026 32 просмотров
Yaxın Şərqdə gərginlik | Quterreşdən çağırış | Dünya çempionatının açılış mərasimi - YENİ BİR SƏHƏR

Yaxın Şərqdə gərginlik | Quterreşdən çağırış | Dünya çempionatının açılış mərasimi - YENİ BİR SƏHƏR

Dünya
12 июня 2026 32 просмотров
Tehran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib - Baku TV

Tehran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib - Baku TV

Dünya
12 июня 2026 32 просмотров
Выбранные
icon