Tehran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib - Baku TV
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
O bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp razılaşma əldə olunduğu üçün İrana qarşı əvvəlcədən planlaşdırılan zərbələri ləğv etdiyini vurğulayıb.
“Biz indicə İranla müharibənin başa çatdırılması ilə bağlı çox yaxşı razılaşmalar əldə etdik. Tərəflər hazırda sənədləşmə prosesini yekunlaşdırırlar. Bu, bir neçə gün vaxt alacaq. Razılaşma imzalanan kimi Hörmüz boğazı da rəsmi şəkildə açılacaq. Bu, çox tez, çox yaxın vaxtda baş verə bilər. Ola bilsin ki, həftəsonu Avropada baş tutsun. Mən orada olmayacağam, amma vitse-prezident Cey Di Vens iştirak edəcək”, – deyə ABŞ lideri qeyd edib.
“ABŞ ilə İran arasında ilkin memorandum üçün heç bir mətn təsdiqlənməyib”. Bu barədə İranın danışıqlar qrupuna yaxın olan mənbə “Fars” agentliyinə bildirib.
Məlumat “The New York Post” qəzetinin Tehranın saziş layihəsi üzərində işi başa çatdıraraq sənədi Qətərə, oradan isə Vaşinqtona göndərdiyi barədə xəbərindən sonra verilib.
Mənbənin sözlərinə görə, razılaşmanın mətninin hazır olması və İran tərəfindən təsdiqlənməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
“Axios”un rəhbəri Barak Ravid isə İran rəsmilərinə istinadən “X” sosial şəbəkə hesabında yazıb ki, yekun sənəd hələ İranın Ali Rəhbəri Müctəba Xamenei tərəfindən təsdiqlənməyib.
Тег #Donald Tramp используется
- Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub | Axios
- Yaxın Şərqdə gərginlik | Quterreşdən çağırış | Dünya çempionatının açılış mərasimi - YENİ BİR SƏHƏR
- Vaşinqton və Tehran arasında susan silahlar yenidən raket yağışına çevrildi - Baku TV
- İrana qarşı planlaşdırılan zərbələr niyə ləğv olundu? - 24 SAAT
- Vaşinqton və Tehran yenidən qarşı-qarşıya | Tramp İranı hədələdi - ANA XƏBƏR
