Den Carvis ölkənin müdafiə naziri təyin edilib
Böyük Britaniyada hökumətin müdafiə xərcləri planı ətrafında yaranan narazılıq iki yüksəkvəzifəli rəsminin istefası ilə nəticələnib.
Müdafiə naziri Con Hilinin ardından silahlı qüvvələr naziri Al Karns da vəzifəsindən getdiyini bəyan edib.
Karns istefa məktubunda bildirib ki, artan təhlükəsizlik risklərinə baxmayaraq, silahlı qüvvələr üçün ayrılan büdcə müasir çağırışlara deyil, daha sakit dövrlərin şərtlərinə uyğun tərtib olunub.
Con Hili isə Baş nazir Kir Starmerə ünvanladığı məktubda qarşıdan gələn müdafiə investisiyası planının ölkənin və müdafiə sektorunun üzləşdiyi təhlükələrə adekvat cavab vermədiyini bildirərək vəzifəsindən ayrıldığını açıqlamışdı.
Yerigəlmişkən, Böyük Britaniyanın təhlükəsizlik naziri Den Carvis ölkənin müdafiə naziri təyin edilib. Bu barədə Baş nazir Kir Starmerin dəftərxanasının bəyanatında deyilir.
Тег #Böyük Britaniya используется
- Britaniya sosial şəbəkələri iğtişaş çağırışlarını silməyə məcbur edəcək?
- Britaniya yeniyetmələrin zərərli sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq niyyətindədir
- Bu ölkələr Ukrayna üçün uzaqmənzilli silah istehsalını artırır
- Böyük Britaniyada kəskin artım müşahidə olunub
- Henri Novakın ölümü yenidən gündəmdə: etirazlar niyə səngimir?
