Выбрать плеер:

Britaniya sosial şəbəkələri iğtişaş çağırışlarını silməyə məcbur edəcək?

11 июня 2026 35 просмотров

Böyük Britaniya hakimiyyəti kəskin böhranlar zamanı iğtişaşlara və zorakılığa çağıran paylaşımların sosial şəbəkələrdən silinməsini məcburi etmək niyyətindədir.

Bunu Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar naziri Liz Kendall bildirib.

Nazirin sözlərinə görə, bununla bağlı internet təhlükəsizliyi haqqında qanuna dəyişikliklər gələn həftə parlamentin müzakirəsinə təqdim ediləcək.

"Sosial şəbəkələrdən zorakılıq və iğtişaşlara təhrik məqsədilə istifadə edənlər qanunu pozurlar. Mən "Ofcom" tənzimləyici qurumundan "X" və digər platformalarla təcili müzakirələr aparmağı xahiş etmişəm ki, onlar internet təhlükəsizliyi qanununun tələblərinə necə əməl edəcəklərini izah etsinlər", deyə nazir vurğulayıb.

Məlumata görə, bu açıqlama Şimali İrlandiyanın paytaxtı Belfastda ikinci gecədir davam edən antimiqrant iğtişaşları fonunda səsləndirilib. Hadisələrə səbəb iyunun 8-də sudanlı Hadi Alodidin bıçaqlı hücumu olub. Hücum nəticəsində Stiven Oqilvi ağır yaralanıb, bir gözünü itirib və hazırda koma vəziyyətindədir. Şübhəli şəxs saxlanılıb və ona qarşı bir neçə ittiham irəli sürülüb.

İğtişaşlar zamanı etirazçılar avtobus, çoxsaylı avtomobillər, o cümlədən polis maşınlarını yandırıb, həmçinin Yaxın Şərq məhsulları mağazasını, türk bərbərxanasını, hind mağazasını və bir neçə yaşayış evinə od vurublar. Nəticədə təxminən 30 nəfər evsiz qalıb.

Скопировано
Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub | Axios

Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub | Axios

Dünya
12 июня 2026 35 просмотров
İsrail Ordusu sərhəddən 10 km aralıda yeni mövqelərə nəzarəti ələ keçirdi

İsrail Ordusu sərhəddən 10 km aralıda yeni mövqelərə nəzarəti ələ keçirdi

Dünya
12 июня 2026 35 просмотров
Əbu-Dabi Tehranla dialoqu bərpa edir?

Əbu-Dabi Tehranla dialoqu bərpa edir?

Dünya
12 июня 2026 35 просмотров
Den Carvis ölkənin müdafiə naziri təyin edilib

Den Carvis ölkənin müdafiə naziri təyin edilib

Dünya
12 июня 2026 35 просмотров
Yer üzünün ən quraq səhrası ilə bağlı yeni faktlar üzə çıxdı

Yer üzünün ən quraq səhrası ilə bağlı yeni faktlar üzə çıxdı

Dünya
12 июня 2026 35 просмотров
Burada yaşayan canlılara dünyanın başqa heç yerində rast gəlinmir

Burada yaşayan canlılara dünyanın başqa heç yerində rast gəlinmir

Dünya
12 июня 2026 35 просмотров
900 uçuş, 2,9 milyon dollar maaş və saxta sənədlər

900 uçuş, 2,9 milyon dollar maaş və saxta sənədlər

Dünya
12 июня 2026 35 просмотров
14 min il əvvəl insanlar mağaraları necə işıqlandırırdılar?

14 min il əvvəl insanlar mağaraları necə işıqlandırırdılar?

Dünya
12 июня 2026 35 просмотров
Tehran Vaşinqtonun şərtlərini qəbul edəcək?

Tehran Vaşinqtonun şərtlərini qəbul edəcək?

Dünya
12 июня 2026 35 просмотров
NATO Bolqarıstanda hərbi təlimlər keçirdi

NATO Bolqarıstanda hərbi təlimlər keçirdi

Dünya
12 июня 2026 35 просмотров
Выбранные
icon