Выбрать плеер:

Britaniya yeniyetmələrin zərərli sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq niyyətindədir

09 июня 2026 73 просмотров

Böyük Britaniyanın Baş naziri Kir Starmer 16 yaşdan kiçik uşaqlar üçün zərərli onlayn platformaların istifadəsinə qadağa qoymaq, eyni zamanda bəzi daha təhlükəsiz sosial şəbəkə növlərinə çıxışı qoruyub saxlamaq niyyətindədir.

Bu barədə "The Times" qəzeti məlumat yayıb.

Starmer uşaqlarını itirən valideynlərlə danışdıqdan sonra Avstraliyanın təcrübəsini Britaniyada da tətbiq etmək qərarına gəlib. Hökumət internetdə yetkinlik yaşına çatmayanlar tərəfindən cinsi xarakterli materialların yaradılmasına qarşı yaxın vaxtlarda ətraflı tədbirlər planı təqdim edə bilər.

Sosial medianın uşaqların zehni sağlamlığına və onlayn təhlükəsizliyə təsiri ilə bağlı narahatlıqlar Böyük Britaniyanı bu ilin əvvəlində ictimai məsləhətləşmələr keçirməyə sövq etmişdi. Bu məsləhətləşmələr zamanı azyaşlıların arzuolunmaz saytlara çıxışı üçün "komendant saatı"nın tətbiqi, vaxt məhdudiyyətləri və platformalarda asılılıq yaradan dizayn elementlərinin istifadəsinə qadağalar da daxil olmaqla bir sıra təkliflər irəli sürülüb.

Digər Avropa ölkələri də oxşar addımlar atır. Fransa, Danimarka və Polşa yetkinlik yaşına çatmayanlar üçün sosial mediadan istifadə qaydalarını sərtləşdirməyi düşünür. Yunanıstan aprel ayında 2027-ci ilin yanvar ayına qədər 15 yaşdan kiçik uşaqların bu cür platformalara girişini tamamilə bağlamaq planlarını açıqladı.

Böyük Britaniyada hazırda texnologiya şirkətlərini uşaqları qanunsuz və zərərli məzmundan qorumaq üçün tədbirlər görməyə məcbur edən Onlayn Təhlükəsizlik Qanunu qüvvədədir.

Azərbaycanda da sosial şəbəkə platformalarından uşaqların istifadəsinin və sosial şəbəkələrin fəaliyyətlərinin şərtləri müəyyənləşir. Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi təklif olunur.

Скопировано
Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub | Axios

Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub | Axios

Dünya
12 июня 2026 73 просмотров
İsrail Ordusu sərhəddən 10 km aralıda yeni mövqelərə nəzarəti ələ keçirdi

İsrail Ordusu sərhəddən 10 km aralıda yeni mövqelərə nəzarəti ələ keçirdi

Dünya
12 июня 2026 73 просмотров
Əbu-Dabi Tehranla dialoqu bərpa edir?

Əbu-Dabi Tehranla dialoqu bərpa edir?

Dünya
12 июня 2026 73 просмотров
Den Carvis ölkənin müdafiə naziri təyin edilib

Den Carvis ölkənin müdafiə naziri təyin edilib

Dünya
12 июня 2026 73 просмотров
Yer üzünün ən quraq səhrası ilə bağlı yeni faktlar üzə çıxdı

Yer üzünün ən quraq səhrası ilə bağlı yeni faktlar üzə çıxdı

Dünya
12 июня 2026 73 просмотров
Burada yaşayan canlılara dünyanın başqa heç yerində rast gəlinmir

Burada yaşayan canlılara dünyanın başqa heç yerində rast gəlinmir

Dünya
12 июня 2026 73 просмотров
900 uçuş, 2,9 milyon dollar maaş və saxta sənədlər

900 uçuş, 2,9 milyon dollar maaş və saxta sənədlər

Dünya
12 июня 2026 73 просмотров
14 min il əvvəl insanlar mağaraları necə işıqlandırırdılar?

14 min il əvvəl insanlar mağaraları necə işıqlandırırdılar?

Dünya
12 июня 2026 73 просмотров
Tehran Vaşinqtonun şərtlərini qəbul edəcək?

Tehran Vaşinqtonun şərtlərini qəbul edəcək?

Dünya
12 июня 2026 73 просмотров
NATO Bolqarıstanda hərbi təlimlər keçirdi

NATO Bolqarıstanda hərbi təlimlər keçirdi

Dünya
12 июня 2026 73 просмотров
Выбранные
icon