Выбрать плеер:

Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə - Baku TV

06 февраля 2026 53 просмотров

Rusiyanın hücumları nəticəsində Ukrayna elektrik enerjisinin istehsal gücünün yarısını itirib və ölkənin enerji şəbəkəsinin böyük hissəsi zədələnib və ya dağıdılıb.

36 yaşlı elektrik mühəndisi Oleksandr Zinçenko Rusiyanın təkrar hücumlarından sonra Ukraynanın elektrik şəbəkəsini işlək vəziyyətdə saxlamaq üçün çalışanlardan biridir.

Onun fikrincə, müharibəni bitirmək üçün danışıqlarla bağlı yazın ortalarına, hətta yayın əvvəlinə qədər heç bir konkret addım olmayacaq:

“Çünki ruslar bizim enerji infrastrukturunu atəşə tuturlar və nədənsə elə hesab edirlər ki, bununla bizi sındıra və özləri üçün sərfəli olan şərtləri qəbul etdirməyə məcbur edə bilərlər”.

Kiyev İqtisadiyyat Məktəbinin hesabatında Ukraynanın enerji sektoruna dəyən ümumi ziyanın təxminən 56 milyard ABŞ dolları ətrafında olduğu bildirilir. Bu rəqəm 2022-ci ilin fevralından 2024-cü ilin mayına qədərki dövrü əhatə edir.

Hesabatda bildirilir ki, tam bərpa üçün təxminən 50-51 milyard dollar əlavə vəsait tələb olunacaq. Ziyan görmüş obyektlərə termoelektrik stansiyalar, hidroelektrik qurğular, paylama və ötürmə şəbəkələri daxil edilib.

Energetika naziri və dövlət rəsmiləri dəfələrlə bildiriblər ki, Rusiyanın Ukraynanın enerji obyektlərinə 30-dan çox böyük kütləvi hücumu olub.

Bu hücumlar raketlər, pilotsuz uçuş aparatları və digər silahlarla aparılır, nəticədə, enerji təsərrüfatının kritik hissələri sıradan çıxır.

Enerji və yaşayış obyektləri hər gün hədəfə alınır | Zelenskidən dünyaya çağırış - Baku TV CANLI

Enerji və yaşayış obyektləri hər gün hədəfə alınır | Zelenskidən dünyaya çağırış - Baku TV CANLI

Dünya
08 февраля 2026 53 просмотров
Rusiya Ukraynaya 300 PUA ilə hücum etdi - Baku TV

Rusiya Ukraynaya 300 PUA ilə hücum etdi - Baku TV

Dünya
08 февраля 2026 53 просмотров
Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV

Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV

Dünya
08 февраля 2026 53 просмотров
Rusiya yayda Ukraynanın cənub və şərqində hücum planlaşdırır

Rusiya yayda Ukraynanın cənub və şərqində hücum planlaşdırır

Dünya
08 февраля 2026 53 просмотров
Tramp Ukrayna və İran danışıqlarına generallarını göndərir

Tramp Ukrayna və İran danışıqlarına generallarını göndərir

Dünya
08 февраля 2026 53 просмотров
ABŞ-də donmuş çaya düşən şəxslər xilas edildi

ABŞ-də donmuş çaya düşən şəxslər xilas edildi

Dünya
08 февраля 2026 53 просмотров
Yekunu qeyri-müəyyən Oman danışıqları

Yekunu qeyri-müəyyən Oman danışıqları

Dünya
08 февраля 2026 53 просмотров
ABŞ-nin İsraildəki səfiri İrana hücumla bağlı danışdı

ABŞ-nin İsraildəki səfiri İrana hücumla bağlı danışdı

Dünya
08 февраля 2026 53 просмотров
Milandakı aksiya zamanı xeyli sayda nümayişçi saxlanıldı

Milandakı aksiya zamanı xeyli sayda nümayişçi saxlanıldı

Dünya
08 февраля 2026 53 просмотров
İrandan məhsul alanlara 25 faiz gömrük rüsumu tətbiq ediləcək

İrandan məhsul alanlara 25 faiz gömrük rüsumu tətbiq ediləcək

Dünya
08 февраля 2026 53 просмотров
Выбранные
icon