Выбрать плеер:

Rusiya ordusunda idarəetmə iflic oldu | Cəbhədəki vəziyyət dəyişdi - Baku TV

08 февраля 2026 21 просмотров

Rabitə problemləri cəbhənin bir sıra istiqamətlərində Rusiya Ordusunun bölmələrinin idarə olunmasını kəskin şəkildə çətinləşdirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr Qruplaşmasının mətbuat xidməti "Telegram"da məlumat yayıb.

"Starlink" terminallarının söndürülməsindən sonra Rusiya qoşunlarında döyüş meydanında bölmələrin idarə edilməsində ciddi çətinliklər yaranıb.

Hərbçilər qeyd ediblər ki, bu, ilk növbədə kiçik hücum qruplarına dəstək üçün pilotsuz uçuş aparatlarından istifadədə özünü göstərib.

Bildirilib ki, sabit rabitənin olmaması səbəbindən əvvəllər hücum taktikasının əsas elementi sayılan real vaxt rejimində hərəkətlərin koordinasiyası imkanı itib.

"Peyk rabitəsinin kəsilməsi mürəkkəb hava şəraiti ilə birlikdə düşmənin oturuşmuş sxemlərini faktiki olaraq iflic edib. Dronların himayəsi altında fəaliyyət göstərən kiçik qruplar daimi nəzarət və korreksiya imkanından məhrum olub. Nəticədə, belə bölmələrin səmərəliliyi kəskin şəkildə azalıb, əməliyyatların özü isə parçalanmış və koordinasiyasız hala düşüb", – deyə məlumatda qeyd olunub.

Fevralın əvvəlində amerikalı sahibkar və "SpaceX" şirkətinin sahibi İlon Mask Rusiya qoşunlarının "Starlink" şəbəkəsindən istifadəsinin uğurla məhdudlaşdırıldığını bəyan edib.

Скопировано
Enerji və yaşayış obyektləri hər gün hədəfə alınır | Zelenskidən dünyaya çağırış - Baku TV CANLI

Enerji və yaşayış obyektləri hər gün hədəfə alınır | Zelenskidən dünyaya çağırış - Baku TV CANLI

Dünya
08 февраля 2026 21 просмотров
Rusiya Ukraynaya 300 PUA ilə hücum etdi - Baku TV

Rusiya Ukraynaya 300 PUA ilə hücum etdi - Baku TV

Dünya
08 февраля 2026 21 просмотров
Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV

Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV

Dünya
08 февраля 2026 21 просмотров
Rusiya yayda Ukraynanın cənub və şərqində hücum planlaşdırır

Rusiya yayda Ukraynanın cənub və şərqində hücum planlaşdırır

Dünya
08 февраля 2026 21 просмотров
Tramp Ukrayna və İran danışıqlarına generallarını göndərir

Tramp Ukrayna və İran danışıqlarına generallarını göndərir

Dünya
08 февраля 2026 21 просмотров
ABŞ-də donmuş çaya düşən şəxslər xilas edildi

ABŞ-də donmuş çaya düşən şəxslər xilas edildi

Dünya
08 февраля 2026 21 просмотров
Yekunu qeyri-müəyyən Oman danışıqları

Yekunu qeyri-müəyyən Oman danışıqları

Dünya
08 февраля 2026 21 просмотров
ABŞ-nin İsraildəki səfiri İrana hücumla bağlı danışdı

ABŞ-nin İsraildəki səfiri İrana hücumla bağlı danışdı

Dünya
08 февраля 2026 21 просмотров
Milandakı aksiya zamanı xeyli sayda nümayişçi saxlanıldı

Milandakı aksiya zamanı xeyli sayda nümayişçi saxlanıldı

Dünya
08 февраля 2026 21 просмотров
İrandan məhsul alanlara 25 faiz gömrük rüsumu tətbiq ediləcək

İrandan məhsul alanlara 25 faiz gömrük rüsumu tətbiq ediləcək

Dünya
08 февраля 2026 21 просмотров
Выбранные
icon