Müctəba Xamenei dövləti necə idarə edəcək? - İranı, qonşu ölkələri və ABŞ-ni nə gözləyir? - Baku TV
İranın yeni Ali Rəhbəri Müctəba Hüseyni Xamenei xalqa ilk müraciətini edib. Amma özü etməyib, çünki İrana hava zərbələri zamanı onun yaralandığı bir müddət sonra İran Xarici İşlər Nazirliyi tərəfindən də təsdiq edilib.
Görünür, yarası ağırdır ki, ictimaiyyət qarşısına çıxmayıb. Dövlət televiziyası vasitəsilə çatdırılan fikirləri isə yarası qədər ağır olub.
“Düşməndən təzminat tələb edəcəyik, imtina etsələr, onların aktivlərini müsadirə edəcəyik. Bu da mümkün olmasa, həmin ekvivalentdə olan əmlaklarını məhv edəcəyik. Mən qonşularımıza ərazilərində olan ABŞ bazalarını mümkün qədər tez bağlamağı məsləhət görürəm. Hörmüz boğazını bağlamaq üçün vasitələrdən istifadəyə davam etməliyik. Müharibə davam edərsə, düşmən üçün həssas olan digər cəbhələrin açılması strateji maraqlar nəzərə alınmaqla nəzərdən keçiriləcək. Region ölkələri, qonşularımızla dostluğa sadiq qalırıq. Sadəcə, ABŞ bazalarını hədəf almışıq. Bundan sonra da bunu etməyə məcburuq”, – deyə İranın Ali Rəhbəri bildirib.
Bu fikirləri eşidən ABŞ və İsrailin hansı addımlar atacağına nəzər salmaq lazımdır. Donald Tramp sosial media hesabında paylaşım edərək bildirib ki, “biz İranın terrorçu rejimini hərbi, iqtisadi və digər cəhətdən tamamilə məhv edirik”.
Benyamin Netanyahuda isə fikir fərqli olsa da, məqsəd eynidir:
“Müctəba Xamenei üzünü ictimaiyyət qarşısında göstərə bilmir və mən soruşuram, onun taleyi necə olacaq? Həmçinin “Hizbullah” lideri Naim Qasımın taleyi necə olacaq? Cavab verirəm, mən bu terror təşkilatlarının heç bir liderinə həyat sığortası verməzdim”.
Deməli, müharibə davam edəcək. Çünki nə İsrail, nə ABŞ, nə də İranın yeni ali lideri dayanacaq kimi görünmür. Ona görə də maraqlıdır, Müctəba Xamenei nə dərəcədə güclüdür ki, İsrail və ABŞ-yə qarşı döyüşə bilsin?
Тег #İran используется
- İranda 25 minə yaxın mülki obyekt zədələnib
- İrandan Amerika Birləşmiş Ştatlarına qorxulu mesaj - ANA XƏBƏR
- NATO-nun ordusu savaşa qoşulur? | Türkiyə MN-dən raket hücumu barədə açıqlama - Baku TV
- Türkiyə Milli Müdafiə Nazirliyi yayılan xəbəri təsdiqləyib
- "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən 600-dən çox çinlinin keçməsi təmin olunub
