Выбрать плеер:

NASA rəhbərindən sensasion açıqlama | Qəzaya uğramış yadplanetli gəmilər varmı?

02 июня 2026 80 просмотров

ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) rəhbəri Cared Ayzekman qurumun qəzaya uğramış yadplanetli kosmik gəmilər və ya ölmüş yadplanetlilərlə bağlı hər hansı sənədləşdirilmiş məlumata malik olmadığını bildirib.

C.Ayzekman Vaşinqtonda keçirilən CNBC CEO Council Summit forumunda çıxışı zamanı bəşəriyyətin yadplanetli sivilizasiyalarla təması və ABŞ hökumətinin naməlum uçan obyektlərlə bağlı hansı məlumatları açıqlamağı planlaşdırdığı barədə sualı cavablandırıb. NASA rəhbərinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dövlət qurumlarına bu mövzu ilə bağlı bütün sənədləri toplayaraq ictimaiyyətə təqdim etməyi tapşırıb.

"Bu təşəbbüsün çox gözəl olduğunu düşünürəm. İnsanlar məlumatları özləri qiymətləndirə biləcəklər. Lakin mənim qəzaya uğramış yadplanetli gəmiləri və ya yadplanetlilərin cəsədləri ilə bağlı heç bir məlumatım yoxdur", deyə C.Ayzekman bildirib.

Bununla yanaşı, o qeyd edib ki, NASA və digər qurumlarda naməlum hava hadisələri (UAP) ilə bağlı müəyyən sənədlər mövcuddur və həmin materiallar ictimaiyyət üçün əlçatan edilir.

Скопировано
ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Küveytə PUA-ya qarşı sistemlərin satışını təsdiqləyib

Dünya
06 июня 2026 80 просмотров
ABŞ lideri Qüds və bütün Fələstinin Patriarxı ilə görüşdü | Nələr müzakirə edildi?

ABŞ lideri Qüds və bütün Fələstinin Patriarxı ilə görüşdü | Nələr müzakirə edildi?

Dünya
06 июня 2026 80 просмотров
Virusdan ölənlərin sayı kəskin artıb | Səbəbləri araşdırılır

Virusdan ölənlərin sayı kəskin artıb | Səbəbləri araşdırılır

Dünya
06 июня 2026 80 просмотров
Demoqrafik böhran Yaponiyada nələrə səbəb olacaq?

Demoqrafik böhran Yaponiyada nələrə səbəb olacaq?

Dünya
06 июня 2026 80 просмотров
Ermənistanda seçkilərlə bağlı bütün təşviqat fəaliyyəti dayandırıldı - Baku TV CANLI

Ermənistanda seçkilərlə bağlı bütün təşviqat fəaliyyəti dayandırıldı - Baku TV CANLI

Dünya
06 июня 2026 80 просмотров
185 hərbi əsir öz ölkəsinə qayıtdı | Moskva və Kiyev arasında növbəti razılıq

185 hərbi əsir öz ölkəsinə qayıtdı | Moskva və Kiyev arasında növbəti razılıq

Dünya
06 июня 2026 80 просмотров
Albanlar Baş nazirin istefasını tələb edir

Albanlar Baş nazirin istefasını tələb edir

Dünya
06 июня 2026 80 просмотров
Kosmik gəmi orbitdən çıxdı, missiya yarımçıq qaldı

Kosmik gəmi orbitdən çıxdı, missiya yarımçıq qaldı

Dünya
06 июня 2026 80 просмотров
"Əgər Tramp razılaşma istəyirsə..." | Rezai şərtini açıqladı

"Əgər Tramp razılaşma istəyirsə..." | Rezai şərtini açıqladı

Dünya
06 июня 2026 80 просмотров
İki ölkə süni intellektə bir milyard vəsait ayırır

İki ölkə süni intellektə bir milyard vəsait ayırır

Dünya
06 июня 2026 80 просмотров
Выбранные
icon