NATO-nun baş katibi mühüm açıqlama verdi
NATO oktyabrın 13-dən etibarən “Steadfast Noon” adlı nüvə təlimini həyata keçirəcək.
Bu barədə Alyansın baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra jurnalistlərə açıqlaması zamanı bildirib.
Y.Stoltenberq bildirib ki, bu, hər il oktyabr ayında baş verən müntəzəm təlim tədbiridir.
“Bu il təlim İtaliya, Xorvatiya və Aralıq dənizi üzərində keçiriləcək. Bizim təlimimiz nüvə qarşısının alınmasının etibarlılığını, effektivliyini və təhlükəsizliyini təmin etməyə kömək edəcək və bu da NATO-nun bütün müttəfiqlərini qoruyacağı və müdafiə edəcəyinə dair aydın mesaj verir”, – deyə o əlavə edib.
Qeyd edək ki,sözügedən nüvə təlimləri oktyabrın 13-dən başlayaraq ayın 27-dək davam edəcək. Təlimdə çox sayda döyüş, müşahidə və tanker təyyarələrinin, eləcə də uzaqmənzilli bombardmançı “B-52”nin iştirakı gözlənilir.
