Выбрать плеер:

Öcalanın taleyi həll edilir | Türkiyə siyasətində nələr baş verir?

13 мая 2025 727 просмотров

PKK-nın “qurucu lideri” Abdullah Öcalanın çağırışı ilə özünü ləğv etmək və silahı yerə qoymaqla bağlı qərarı may ayının 12-də açıqlanıb.

Bu, özlüyündə mühüm tarixi və siyasi əhəmiyyət daşıyır. Ancaq qərarın icrası ilə bağlı prosedurlar davam edir.

“Teleqraf”ın xəbərinə görə, PKK-nın silahsızlaşması prosesi ötən il oktyabrın 22-də Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisindəki çıxışı ilə başlamışdı.

D.Baxçalı nitqində A.Öcalandan PKK-nın ləğv edilməsini tələb etmiş və bu tələb yerinə yetirildikdən sonra parlamentdə “Ümid hüquq”u ilə bağlı lazımi qanunverici bazanın formalaşdırılacağından danışmışdı. Partiya sədri bu ifadələrlə A.Öcalanın azadlığa buraxılmasını nəzərdə tuturdu.

PKK terror təşkilatının qurucu lideri və faktiki rəhbəri olan Abdullah Öcalan 1999-cu ildə edam cəzasına məhkum edilmiş, sonra isə onun cəzası ağırlaşdırılmış ömürlük həbs cəzasına çevrilmişdi. Türkiyə qanunvericiliyi ağırlaşdırılmış ömürlük həbs cəzası alan məhbusların azadlığa buraxılmasını nəzərdə tutmur. Ancaq bunun üçün iki istisna mövcuddur.

Birincisi, Türkiyə Prezidenti Konstitusiyanın ona verdiyi əfv hüququndan istifadə edə bilər. Bu ehtimal siyasi baxımdan olduqca zəif görünür. Digər variant isə parlament üzvlərinin beşdəüçünün səsi ilə amnistiya elan olunması ilə mümkündür.

Terrorun ləğvi və sülh yaradılması prosesinin memarının Dövlət Baxçalı olduğunu nəzərə aldıqda A.Öcalanın azadlığa buraxılmasında da onun 22 oktyabr çıxışının rəhbər tutulacağı düşünülür. Söhbət parlamentdə ümumi, ya da xüsusi amnistiyanın elan edilməsindən gedir.

PKK-nın siyasi qanadı olan DEM Partiyası D.Baxçalının çıxışından sonra ağırlaşdırılmış ömürlük həbs cəzası alan şəxslərə 25 ildən sonra azadlığa çıxmaq imkanı verən qanun dəyişikliyi barədə təklifi parlamentə təqdim edib. Bu təklif parlamentdən keçdiyi halda A.Öcalana azadlıq yolu açıla bilər.

Qeyd olunduğu kimi, amnistiya elan edilməsi üçün parlament üzvlərinin beşdəüçünün səsi tələb olunur. Parlamentdə 600 deputat olduğu nəzərə alınarsa, amnistiya üçün 360 səs tələb olunur. AKP-MHP blokuna DEM Partiyasının qoşulması halında bu beşdəüç səs çoxluğunu əldə etmək mümkündür.

Göründüyü kimi, məsələnin hüquqi həlli çətin olsa da, mümkünsüz deyil. Ancaq söz siyasətindir və siyasi proseslərin gedişatı A.Öcalanın taleyini həll edəcək.

Скопировано
Banner
Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Dünya
24 октября 2026 727 просмотров
Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Dünya
24 октября 2026 727 просмотров
Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Dünya
24 октября 2026 727 просмотров
Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV

Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV

Dünya
24 октября 2026 727 просмотров
ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

Dünya
24 октября 2026 727 просмотров
Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Dünya
24 октября 2026 727 просмотров
Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır

Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır

Dünya
24 октября 2026 727 просмотров
Polşada ABŞ-nin hərbi bazası tikiləcək?

Polşada ABŞ-nin hərbi bazası tikiləcək?

Dünya
24 октября 2026 727 просмотров
Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib

Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib

Dünya
24 октября 2026 727 просмотров
Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Dünya
24 октября 2026 727 просмотров
Выбранные
icon