Выбрать плеер:

Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi

04 мая 2026 204 просмотров

ABŞ Müdafiə Nazirliyi yeni nəsil süni intellekt alqoritmlərinin məxfi sənədlərlə işləməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə "Defence Express" nəşri yazır.

Buna qədər agent tipli süni intellekt sistemləri əsasən hesabatlar, maliyyə sənədləri və strateji materiallarla işləmək üçün istifadə olunurdu və yalnız qeyri-məxfi məlumatlarla məhdudlaşırdı. İndi isə bu sistemlər məxfi səviyyəli sənədlər və tapşırıqlar üzərində də tətbiq olunacaq.

Pentaqonun Rəqəmsal Texnologiyalar və Süni İntellekt üzrə Baş İdarəsi (CDAO) bildirib ki, bu icazəni səkkiz aparıcı şirkət alıb: "SpaceX", "OpenAI", "Google", "Nvidia", "Reflection", "Microsoft", "Amazon Web Services" və "Oracle". Bu şirkətlərin kommersiya bazarında mülki istifadəçilər üçün təqdim etdiyi məşhur məhsullar arasında "ChatGPT", "Gemini" və "Copilot" yer alır.

Eyni zamanda, onlar korporativ həllər də təklif edir, "Nvidia" isə süni intellekt texnologiyaları üçün aparıcı avadanlıq istehsalçısı kimi tanınır.

Nəşrin analitikləri izah edirlər ki, agent tipli süni intellekt sistemləri proqram interfeysləri vasitəsilə mühitlə qarşılıqlı əlaqə qurur və mürəkkəb tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir. Ənənəvi generativ süni intellektdən fərqli olaraq, burada istifadəçi yalnız son məqsədi müəyyən edir, sistem isə həmin məqsədə çatmaq üçün lazım olan addımları ardıcıl və avtonom şəkildə icra edir, eyni zamanda öyrənməyə davam edir.

Qeyd olunur ki, bu texnologiyaların konkret hansı əməliyyatlarda istifadə olunacağı açıqlanmır və böyük ehtimalla məxfi status səbəbindən açıqlanmayacaq.

Скопировано
Ukrayna əsgərləri yeni dronlardan istifadə etməyə başlayıb

Ukrayna əsgərləri yeni dronlardan istifadə etməyə başlayıb

Dünya
26 июня 2026 204 просмотров
Rusiyadan Ermənistanın iqtisadiyyatına ağır zərbə - ANA XƏBƏR

Rusiyadan Ermənistanın iqtisadiyyatına ağır zərbə - ANA XƏBƏR

Dünya
26 июня 2026 204 просмотров
Terror təşkilatı yaradan 17 yaşlı oğlanın şok əməlləri üzə çıxdı - Baku TV

Terror təşkilatı yaradan 17 yaşlı oğlanın şok əməlləri üzə çıxdı - Baku TV

Dünya
26 июня 2026 204 просмотров
"Ayaks"ı məyus edən niderlandlı futbolçu faciəvi şəkildə həlak oldu

"Ayaks"ı məyus edən niderlandlı futbolçu faciəvi şəkildə həlak oldu

Dünya
26 июня 2026 204 просмотров
ABŞ-İran razılaşması Tehranın nüvə obyektlərinə çıxış imkanı verir

ABŞ-İran razılaşması Tehranın nüvə obyektlərinə çıxış imkanı verir

Dünya
26 июня 2026 204 просмотров
“Bu, ruslara bir siqnaldır” | NATO-nun Baş katibindən sərt sözlər

“Bu, ruslara bir siqnaldır” | NATO-nun Baş katibindən sərt sözlər

Dünya
26 июня 2026 204 просмотров
Parlament sədri seçilə bilməyən Simonyan: “Paşinyan məni aldatdı”

Parlament sədri seçilə bilməyən Simonyan: “Paşinyan məni aldatdı”

Dünya
26 июня 2026 204 просмотров
Hörmüzdə yeni böhran: SEPAH gəmilərə atəş açdı - AKTUAL GÜNDƏM

Hörmüzdə yeni böhran: SEPAH gəmilərə atəş açdı - AKTUAL GÜNDƏM

Dünya
26 июня 2026 204 просмотров
İyun ayı üçün istilik rekordu qeydə alındı | İngiltərədə yaşayanlara xəbərdarlıq edildi - Baku TV

İyun ayı üçün istilik rekordu qeydə alındı | İngiltərədə yaşayanlara xəbərdarlıq edildi - Baku TV

Dünya
26 июня 2026 204 просмотров
Qlobal ticarətin taleyi Hörmüzdə həll olunur: Sensasiyalı bəyanatın detalları - Baku TV CANLI

Qlobal ticarətin taleyi Hörmüzdə həll olunur: Sensasiyalı bəyanatın detalları - Baku TV CANLI

Dünya
26 июня 2026 204 просмотров
Выбранные
icon