Выбрать плеер:
Pezeşkiandan ABŞ-yə sərt mesaj: İran müqavimətini davam etdirəcək - Baku TV
Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə münaqişəyə başlayarkən İranın Venesuela kimi qısa müddətdə süqut edəcəyini hesablayıb.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Rəqib İranın da Venesuela kimi süqut edəcəyini düşünürdü. Lakin bu baş vermədi. Əksinə, İranın gücü, müqaviməti, birliyi və həmrəyliyi bütün dünyanı heyrətləndirdi”, – deyə Pezeşkian bildirib.
İran Prezidenti əlavə edib ki, ölkə ABŞ tərəfindən tətbiq edilən ən ağır sanksiyalara baxmayaraq, müqavimətini davam etdirəcək.
Скопировано
