Выбрать плеер:
Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına təkan verəcək hadisə
Qazaxıstan və Türkiyə “Əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq haqqında” bəyannamə qəbul edəcək.
Bu barədə Qazaxıstan-Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Bu gün biz “Əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq” bəyannaməsini qəbul edirik. Bu mühüm sənəd Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına yeni təkan verəcək. Hər iki ölkənin bu məsələdə eyni niyyəti və arzuları var. Buna görə də böyük potensiala və imkanlara malik olduğumuzu söyləmək üçün tam əsas var”, – Kasım-Jomart Tokayev qeyd edib.
Astanada keçirilən şuranın iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.
Скопировано
Тег #Qazaxıstan используется
- Rusiya Prezidentinin Astana səfəri | Gözləntilər nələrdir? - Baku TV CANLI
- Tokayevdən xəbərdarlıq: ”Lazım olsa, ordu ilə də cavab verərik”
- "Bakı Gəmiqayırma Zavodu"nun artan nüfuzu | Qazaxıstan şirkəti ilə müqavilə imzalandı - Baku TV
- Qazaxıstanda yeni superkompüter istifadəyə veriləcək
- Rövşən Nəcəf Qazaxıstanda baş tutan görüşdə iştirak edib - Baku TV
