Выбрать плеер:

Qətər İranı vurdu, ancaq əməliyyatlarda iştirakını təkzib etdi

04 марта 2026 43 просмотров

İsrail Müdafiə Ordusu İranın infrastrukturuna qarşı həyata keçirilən silsilə zərbələrin başa çatdığını bildirib.

Bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, zərbələr Tehran və İsfahan şəhərlərində endirilib.

"İsrail Müdafiə Ordusu İranın silah istehsalı, xüsusilə ballistik raketlərin hazırlanması üçün istifadə etdiyi sənaye obyektlərinə zərbələr endirib. İsfahanda paralel şəkildə keçirilən əməliyyat zamanı isə ballistik raket kompleksi ilə əlaqəli onlarla hədəf, o cümlədən buraxılış qurğuları və raket anbarları vurulub", – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, İsrail İranın ballistik raket proqramı ilə əlaqəli obyektlərə qarşı zərbələri davam etdirəcək.

Bu arada, Qətər Silahlı Qüvvələri İran ərazisinə zərbələr endirsə də, ölkənin Xarici İşlər Nazirliyi İrana qarşı döyüş əməliyyatlarında iştirakını təkzib edib.

Bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qətər Dövləti İrana qarşı müharibədə iştirak etmir, lakin özünümüdafiə və ölkəyə qarşı İran təcavüzünün qarşısını almaq üzrə qanuni hüququnu həyata keçirir", – deyə o yazıb.

Ənsari həmçinin yalnız Qətər dövlət orqanlarının rəsmi bəyanatlarına inanmağa çağırıb.

Скопировано
Trampdan İrandakı hərbi əməliyyatla bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Trampdan İrandakı hərbi əməliyyatla bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Dünya
05 марта 2026 43 просмотров
ABŞ Konqresində Epşteyn işi ilə bağlı baş prokurordan ifadə tələb olunur

ABŞ Konqresində Epşteyn işi ilə bağlı baş prokurordan ifadə tələb olunur

Dünya
05 марта 2026 43 просмотров
Torpaq sürüşməsində 200-dən çox insan ölüb

Torpaq sürüşməsində 200-dən çox insan ölüb

Dünya
05 марта 2026 43 просмотров
İspaniya 171 vətəndaşını Omandan geri qaytarıb

İspaniya 171 vətəndaşını Omandan geri qaytarıb

Dünya
05 марта 2026 43 просмотров
Kəşmirdə İrana dəstək nümayişi təşkil edildi

Kəşmirdə İrana dəstək nümayişi təşkil edildi

Dünya
05 марта 2026 43 просмотров
Yəhudilər Qüdsdə Purim bayramıın qeyd edirlər

Yəhudilər Qüdsdə Purim bayramıın qeyd edirlər

Dünya
05 марта 2026 43 просмотров
Uşaqlar arasında piylənmə 3 dəfə artıb

Uşaqlar arasında piylənmə 3 dəfə artıb

Dünya
05 марта 2026 43 просмотров
İran Türkiyəyə raket atdı, nazirlər təcili telefonla danışdı, Səfir XİN-də çağırıldı - Baku TV

İran Türkiyəyə raket atdı, nazirlər təcili telefonla danışdı, Səfir XİN-də çağırıldı - Baku TV

Dünya
05 марта 2026 43 просмотров
Rusiya ABŞ və İsrailin hücumlarını pisləyib | ABŞ-nin əsas strategiyası nədir? - YENİ BİR SƏHƏR

Rusiya ABŞ və İsrailin hücumlarını pisləyib | ABŞ-nin əsas strategiyası nədir? - YENİ BİR SƏHƏR

Dünya
05 марта 2026 43 просмотров
Vaşinqtondan böyük xərc | ABŞ gündə neçə milyon dollar xərcləyir? - Baku TV

Vaşinqtondan böyük xərc | ABŞ gündə neçə milyon dollar xərcləyir? - Baku TV

Dünya
05 марта 2026 43 просмотров
Выбранные
icon