"Təhlükəsizliyimizə zəmanət verilməsini tələb edirik" | Mariya Zaxarova - Baku TV
“Regiondakı gərginlik ABŞ və İsrailin İrana qarşı səbəbsiz hücumunun nəticəsidir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Rusiya ABŞ-İsrail tandeminin İslam Respublikasına qarşı son təhlükəli təşəbbüsünü, İranın dövlət başçısı Ayətullah Əli Xameneinin, ölkənin hərbi və siyasi rəhbərliyindəki bir neçə yüksəkvəzifəli şəxsin qorxaqcasına öldürülməsini qətiyyətlə pisləyib”, – deyə o qeyd edib.
Diplomat bildirib ki, Yaxın Şərqdə Rusiyadan təxminən 50 min turist var. Onun sözlərinə görə, 6-8 min rusiyalı turist hava əlaqəsinin bağlanması səbəbindən Asiya ölkələrini tərk edə bilmir.
Bundan başqa, Zaxarova bildirib ki, Rusiya ABŞ və İsraildən Rusiyanın xarici nümayəndəlikləri üçün təhlükəsizlik zəmanəti tələb edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi həmçinin vətəndaşlarının İrandan maneəsiz təxliyəsinin təşkilində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.
“Rusiya vətəndaşlarının İrandan maneəsiz qayıtmasını təmin etdikləri üçün Ermənistan, Azərbaycan və Türkmənistana təşəkkür etmək istəyirəm”, – deyə diplomat brifinqdə bildirib.
Тег #Rusiya Xarici İşlər Nazirliyi используется
- Rusiya ABŞ və İsrailin hücumlarını pisləyib | ABŞ-nin əsas strategiyası nədir? - YENİ BİR SƏHƏR
- Hücumlar Rusiyanı qəzəbləndirdi | "Regionu fəlakət gözləyir, ört-basdır etdilər ki..." - Baku TV
- Zaxarova sülh üçün əsas şərtləri açıqladı
- Rusiya və İran xarici işlər nazirləri nələri müzakirə etdilər? - Baku TV CANLI
- Bu sanksiyalar Kreml üçün niyə gözlənilməz oldu?
