Выбрать плеер:

Rusiya hansı taktika ilə Ukrayna qüvvələrini geri çəkilməyə məcbur edir? - Baku TV

10 июля 2026 72 просмотров

Ukraynada döyüşən artilleriyaçılar bildirirlər ki, cəbhə xəttində artıq demək olar ki, atdıqları hər addımı düşmənin pilotsuz uçuş aparatları müəyyənləşdirir.

Milli Qvardiyanın 15-ci briqadasının heyəti sovet istehsalı olan qoşqulu haubitsanı dəfələrlə gizlətməyə məcbur olub. Səbəb isə başlarının üzərində dövrə vuran dronlardır. Bu da atəş tapşırıqlarının gecikməsinə gətirib çıxarır.

Ukrayna Milli Qvardiyasının haubitsa komandiri bildirib:

“Biz artıq səmanı daha diqqətlə izləməli, daha yaxşı gizlənməli və daha ehtiyatlı davranmalıyıq. Çoxları deyir ki, artilleriya artıq öz əhəmiyyətini itirib. Mən bununla razı deyiləm. Onun hələ də üstünlükləri var. Taktika dəyişib və artilleriyadan əvvəlki qədər istifadə olunmur. Amma o, hələ də effektivdir və elə vəziyyətlər olur ki, tapşırığı yalnız artilleriya yerinə yetirə bilir”.

Hərbçilər bildirirlər ki, döyüşlərin intensivliyi səbəbindən siyasi prosesləri izləməyə demək olar ki, vaxt qalmır. Onların sözlərinə görə, yalnız bəzən Zaporojyedə yaşayan yaxınları ilə telefonla danışa bilirlər. Dobropolya şəhərində də aylardır davam edən çətin döyüş vəziyyəti hərbçiləri xeyli yorub.

Hərbçilərin sözlərinə görə, dron təhlükəsinin artması logistikanı ciddi şəkildə çətinləşdirir və Ukraynanın müdafiə mövqelərini saxlamaq imkanlarını zəiflədir.

Hərbçilər xəbərdarlıq ediblər ki, Dobropolyanın itirilməsi Rusiyanın Kramatorsk və Slavyansk şəhərlərinə cinahdan yaxınlaşmasına, həmçinin Dnepropetrovsk vilayəti istiqamətində irəliləməsinə şərait yarada bilər.

Скопировано
İran ABŞ-yə çağırış etdi

İran ABŞ-yə çağırış etdi

Dünya
12 июля 2026 72 просмотров
İrandan buraxıldığı bildirilən raket və PUA hücumlarının qarşısını alınıb - Baku TV

İrandan buraxıldığı bildirilən raket və PUA hücumlarının qarşısını alınıb - Baku TV

Dünya
12 июля 2026 72 просмотров
Ukraynadan genişmiqyaslı dəniz hücumu - Baku TV CANLI

Ukraynadan genişmiqyaslı dəniz hücumu - Baku TV CANLI

Dünya
12 июля 2026 72 просмотров
Dövlət başçısı Kubanın dünya üçün təhlükə olmadığını vurğulayıb - Baku TV

Dövlət başçısı Kubanın dünya üçün təhlükə olmadığını vurğulayıb - Baku TV

Dünya
12 июля 2026 72 просмотров
Kontent hazırlayan əcnəbilərin ölkəyə girişi qadağan edilə bilər

Kontent hazırlayan əcnəbilərin ölkəyə girişi qadağan edilə bilər

Dünya
12 июля 2026 72 просмотров
Fransada temperaturun 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır

Fransada temperaturun 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır

Dünya
12 июля 2026 72 просмотров
İordan çayının qərb sahilində əməliyyat keçirilib

İordan çayının qərb sahilində əməliyyat keçirilib

Dünya
12 июля 2026 72 просмотров
Tehrandan Vaşinqtona sərt bəyanat

Tehrandan Vaşinqtona sərt bəyanat

Dünya
12 июля 2026 72 просмотров
Ukraynada HHM sistemləri çatışmır

Ukraynada HHM sistemləri çatışmır

Dünya
12 июля 2026 72 просмотров
İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq etdi

İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq etdi

Dünya
12 июля 2026 72 просмотров
Выбранные
icon