Выбрать плеер:

Rusiya NATO üçün ciddi təhlükə yaradacaq?

07 января 2026 335 просмотров

Ukraynada atəşkəs olarsa, Rusiya Qərbdə proqnozlaşdırılandan daha tez NATO ölkələri üçün ciddi təhlükə yarada bilər. Bu halda Rusiya qüvvələri sərbəst qalacaq, Moskva isə silahlanmasını yeniləyə və öz gücünü bərpa edə biləcək.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ABŞ analitikləri Berlinin hərbi sənədinə istinadla bildirirlər ki, bu, Rusiya tərəfindən Almaniyanın infrastrukturuna qarşı gizli hücumların aparılmasını əks etdirir. Hücumların məqsədi Rusiyanın gələcəkdə NATO ilə potensial müharibəyə hazırlıq üçün şərait yaratmaqdır.

Sənəddə göstərilir ki, Rusiya Almaniyanın strateji infrastruktur obyektlərinə qarşı gizli hücumları artırır, böyük ehtimalla, daha genişmiqyaslı münaqişəyə hazırlaşır.

Hərbi sənəddə həmçinin Rusiyanın kiberəməliyyatları və təsir kampaniyaları da potensial hərbi qarşıdurmaya hazırlıq kimi nəzərdən keçirilir.

Bildirilir ki, Almaniyanın NATO-nun hərbi yerləşdirmə və dəstək mərkəzi kimi rolu nəzərə alınaraq Rusiyanın əvvəlcə bu ölkənin enerji və müdafiə infrastrukturunu hədəfə alacağı gözlənilir.

Proqnozlara görə, NATO-nun şərq qanadına açıq hücumdan sonra Rusiya Almaniyanı uzaqmənzilli raket və PUA-larla zərbə üçün prioritet hədəf kimi nəzərdən keçirəcək.

Hesabata əsasən, Rusiya bu imkanları və strateji variantları ən gec 2029-cu ilə qədər inkişaf etdirəcək.

ISW ekspertlərinin fikrincə, Almaniyanın infrastrukturuna qarşı gizli hücumlar “Sıfır Faza” kampaniyasının bir hissəsidir – müharibə üçün informasiya və psixoloji şərait yaratmaq mərhələsi. Bu, NATO ilə Rusiya arasında mümkün müharibəyə hazırlıq üçün nəzərdə tutulub.

Скопировано
ABŞ və Çin liderlərinin salamlaşma anında hansı mesaj verildi?

ABŞ və Çin liderlərinin salamlaşma anında hansı mesaj verildi?

Dünya
14 мая 2026 335 просмотров
ABŞ və Çin Hörmüzün statusunda razılaşdı: İranı nə gözləyir? - AKTUAL GÜNDƏM

ABŞ və Çin Hörmüzün statusunda razılaşdı: İranı nə gözləyir? - AKTUAL GÜNDƏM

Dünya
14 мая 2026 335 просмотров
Rusiya Donbasla bağlı məqsədinə çata bilmir?

Rusiya Donbasla bağlı məqsədinə çata bilmir?

Dünya
14 мая 2026 335 просмотров
Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına təkan verəcək hadisə

Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına təkan verəcək hadisə

Dünya
14 мая 2026 335 просмотров
“1560-dan çox dron və 56 raket atdılar” | Zelenski Rusiyanın zərbəsindən danışdı

“1560-dan çox dron və 56 raket atdılar” | Zelenski Rusiyanın zərbəsindən danışdı

Dünya
14 мая 2026 335 просмотров
Mahnı yarışması, yoxsa...? - Qalmaqalın bitmədiyi "Avroviziya"da nə baş verir? - Baku TV

Mahnı yarışması, yoxsa...? - Qalmaqalın bitmədiyi "Avroviziya"da nə baş verir? - Baku TV

Dünya
14 мая 2026 335 просмотров
Rusiya-Ukrayna müharibəsi bu il başa çatacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi bu il başa çatacaq? - Baku TV CANLI

Dünya
14 мая 2026 335 просмотров
Rusiyanın resurları tükənir? | Ukrayna SQ Baş qərargah rəisindən “Baku TV”yə açıqlamalar - Baku TV

Rusiyanın resurları tükənir? | Ukrayna SQ Baş qərargah rəisindən “Baku TV”yə açıqlamalar - Baku TV

Dünya
14 мая 2026 335 просмотров
Astanada Tokayev və Ərdoğan arasında vacib görüş - Baku TV CANLI

Astanada Tokayev və Ərdoğan arasında vacib görüş - Baku TV CANLI

Dünya
14 мая 2026 335 просмотров
İranla bağlı məxfi plan | ABŞ və Çinin maraqları niyə toqquşur? - Baku TV

İranla bağlı məxfi plan | ABŞ və Çinin maraqları niyə toqquşur? - Baku TV

Dünya
14 мая 2026 335 просмотров
Выбранные
icon