Выбрать плеер:
Rusiya Ukraynaya 450-dən çox dron atıb
Rusiya Ordusu dekabrın 13-də Ukrayna ərazisinə ümumilikdə 450-dən çox dron və 30 müxtəliftipli raketlə zərbələr endirib.
Hücum nəticəsində azı 2 nəfər yaralanıb. Bir neçə şəhərdə insanlar susuz və işıqsız qalıblar.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında paylaşım edib.
“Odessa vilayətində 2 nəfər yaralanıb, 10-dan çox mülki obyektə ziyan dəyib. Bu gecə Nikolayev, Odessa, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərinə endirilən zərbələr nəticəsində minlərlə ailə hazırda işıqsız qalıb, daha bir neçə vilayət atəşə tutulub. Vəziyyəti bərpa etmək üçün əlimizdən gələni edirik. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Скопировано
Тег #Volodimir Zelenski используется
