Выбрать плеер:

Rusiyadan təzminat tələbi Zaxarovanı özündən çıxardı - Baku TV

18 февраля 2026 447 просмотров

“İkinci Dünya müharibəsi dövründə qan itirən və aclıq çəkən Polşaya SSRİ yardım etmişdi”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın Moskvadan təzminat tələb etmək niyyətinə dair məlumatı şərh edərkən deyib.

Diplomat xatırladıb ki, 1945-ci ildə Polşaya 50 milyon rubl kreditin verilməsi və xarici ticarət ehtiyacları üçün əlavə 10 milyon dollar ayrılması barədə saziş imzalanıb.

M.Zaxarovanın sözlərinə görə, Sovet respublikaları Polşaya kömür, kerosin, motor yağı, duz, çay, ət, tekstil xammalı, çörək, şəkər, günəbaxan yağı və əkin üçün toxumlar göndəriblər.

“Bu illərin nə olduğunu xatırlayın – 1945-ci il. Əgər fevraldan danışırıqsa, bu, qələbəyə bir neçə ay qalmış dövrdür. Döyüşlər hələ də qanlı şəkildə davam edir, qələbə yalnız düşüncə və planlarda idi, Sovet İttifaqının bərpası isə hələ xəyallarda idi. Ölkə qan itirdiyi, aclıq və soyuqdan əziyyət çəkdiyi, dağıldığı, ailələrin qovuşa bilmədiyi bir vaxtda Polşa özünün bərpası üçün bu yardımı alırdı.

Varşavanın necə bərpa edildiyini burada izah etmək mümkün deyil, bunu görmək lazımdır. Müharibənin sonunda Varşavanın necə olduğunu və 5-10 ildən sonra hansı hala gəldiyini müqayisə etmək kifayətdir. Bunu edən Sovet İttifaqı idi”, – o əlavə edib.

M.Zaxarovanın fikrincə, Polşadan bu cür bəyanatlar səsləndirənlərə hər dəfə Sovet İttifaqının göstərdiyi yardımlar xatırladılmalıdır:

“Onlara bunu heç vaxt biz xatırlatmamışıq. Verdiyimiz nə çörək, nə enerji resursları, nə də kömürü üzlərinə vurmuşuq. Amma bu insanlar guya onlara qarşı zorakılıq edildiyi barədə uydurmalar danışanda bunu deməyə məcbur oluruq”.

“Financial Times” bundan öncə yazmışdı ki, Polşa Sovet dövründə törədilmiş cinayətlərə görə Rusiyadan təzminat tələb edən məhkəmə iddiası hazırlayır. Təşəbbüs Baş nazir Donald Tuskun tapşırığı ilə həyata keçirilir.

Скопировано
Qarşısıalınmaz hücum başladılır? - Dünyanı şoka salan anons | ABŞ rəsmən elan etdi - Baku TV

Qarşısıalınmaz hücum başladılır? - Dünyanı şoka salan anons | ABŞ rəsmən elan etdi - Baku TV

Dünya
05 марта 2026 447 просмотров
Donald Tramp ABŞ-nin İranda mümkün rolunu müzakirə edir

Donald Tramp ABŞ-nin İranda mümkün rolunu müzakirə edir

Dünya
05 марта 2026 447 просмотров
Polşa NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinə qarşı çıxıb

Polşa NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinə qarşı çıxıb

Dünya
05 марта 2026 447 просмотров
Trampdan İrandakı hərbi əməliyyatla bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Trampdan İrandakı hərbi əməliyyatla bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Dünya
05 марта 2026 447 просмотров
İraq Kürdüstanının rəhbəri yayılan məlumatları təkzib etdi

İraq Kürdüstanının rəhbəri yayılan məlumatları təkzib etdi

Dünya
05 марта 2026 447 просмотров
ABŞ Konqresində Epşteyn işi ilə bağlı baş prokurordan ifadə tələb olunur

ABŞ Konqresində Epşteyn işi ilə bağlı baş prokurordan ifadə tələb olunur

Dünya
05 марта 2026 447 просмотров
Torpaq sürüşməsində 200-dən çox insan ölüb

Torpaq sürüşməsində 200-dən çox insan ölüb

Dünya
05 марта 2026 447 просмотров
İspaniya 171 vətəndaşını Omandan geri qaytarıb

İspaniya 171 vətəndaşını Omandan geri qaytarıb

Dünya
05 марта 2026 447 просмотров
Kəşmirdə İrana dəstək nümayişi təşkil edildi

Kəşmirdə İrana dəstək nümayişi təşkil edildi

Dünya
05 марта 2026 447 просмотров
Yəhudilər Qüdsdə Purim bayramıın qeyd edirlər

Yəhudilər Qüdsdə Purim bayramıın qeyd edirlər

Dünya
05 марта 2026 447 просмотров
Выбранные
icon