Sazişin adada iki yeni hərbi baza yaratmağa imkan verdiyi bildirilir
Узнавайте о новостях первыми
Qrenlandiya parlamenti daha əvvəl Danimarkanın iştirakı ilə ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə əldə edilmiş təhlükəsizlik sazişini ratifikasiya edib.
"Reuters"in məlumatına görə, ratifikasiyanın lehinə 16 deputat səs verib, əleyhinə səs verən olmayıb, 7 nəfər bitərəf qalıb.
Sənəd adada ABŞ-nin hərbi iştirakının genişləndirilməsini, o cümlədən iki yeni hərbi bazanın yaradılması və "Qızıl günbəz" raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi imkanını nəzərdə tutur. Eyni zamanda, saziş Danimarkanın suverenliyini və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu təsdiqləyir.
Agentlik qeyd edib ki, müxalifətdəki "Nalerak" Partiyası sazişi tənqid edərək, onun Qrenlandiya üçün, xüsusilə müstəqillik əldə etmək perspektivində kifayət qədər iqtisadi fayda nəzərdə tutmadığını bildirib.
İndi sazişə Danimarka parlamenti baxmalıdır. Birinci oxunuş noyabrın 11-nə, yekun səsvermə isə noyabrın 19-na planlaşdırılıb.
