SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
İran Silahlı Qüvvələrinin bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Möhibi gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.
Bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Hüseyn Möhibi bildirib ki, Hörmüz boğazının cənub marşrutlarından istifadə təhlükəlidir, çünki həmin ərazinin sularında minalar yerləşdirilib.
"Hörmüz boğazının cənubundakı marşrut minalanıb. Bu istiqamətdə hərəkət etmək sərmayələrinizin məhv olmasına aparan yoldur. ABŞ-nin sizi aldatmasına imkan verməyin", – deyə SEPAH nümayəndəsi bildirib.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir. Bu ərazidə təhlükəsizliklə bağlı istənilən gərginlik qlobal neft və qaz bazarlarına təsir göstərə bilər.
Тег #Hörmüz boğazı используется
- Hörmüz boğazında tanker insidenti qlobal enerji bazarlarını yenidən silkələdi - Baku TV CANLI
- Hörmüz boğazı ilə bağlı ABŞ-dən diqqətçəkən açıqlama - Baku TV
- ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazı ilə bağlı iddiasını rədd etdi - 24 SAAT
- Vaşinqtonun Tehran siyasəti sərtləşir | Hörmüzdə minə yaxın gəmi yoluna davam edir - Baku TV
- İranın yeni xəbərdarlığı dünyada gəmiçilik təhlükəsizliyini yenidən gündəmə gətirdi - Baku TV CANLI
