Tehran Trampdan hədələrə görə üzr gözləyir
İsveçrədə İran və ABŞ nümayəndələri arasında danışıqlar vasitəçilər araçılığı ilə davam edir.
Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, İran nümayəndə heyəti hotelə qayıdıb, lakin Amerika tərəfi ilə danışıqlar "qeyri-rəsmi formatda" davam edir.
Bundan başqa, "Al Mayadeen" telekanalı İran nümayəndə heyətinin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək hədələrinə görə üzr istəməyənə qədər müzakirələri davam etdirmək niyyətində olmadığını bildirib.
Bununla yanaşı, telekanal Tehrandakı nümayəndələrin öz tələblərini genişləndirdiyini bildirir. Qeyd edilir ki, indi onlar təkcə Livanda hərbi əməliyyatların dayandırılmasını tələb etmir, həm də İsrail Silahlı Qüvvələrinin Livanın cənubundan çıxarılması şərtini irəli sürürlər.
Qeyd edək ki, Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb. "Tasnim" agentliyinin məlumatına görə, bundan sonra İran heyəti danışıqlar məkanını tərk edib.
Тег #ABŞ используется
- Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək
- “Arzularını özləri ilə birlikdə məzara aparacaqlar” | Sadeqidən Trampa mesaj
- ABŞ-nin rəhbərliyi altında keçirilən genişmiqyaslı "Valiant Shield" hərbi təlimləri
- “Öhdəliklərin icrası üçün qarşı tərəfin yaxasından yapışmalıyıq” | İran XİN sözçüsü
- “Görünür, dörd tərəf də danışıqlardan razıdır” | Barak Ravid
