Ukrayna ordusu hərəkətə keçir | Rusiyadakı strateji obyektlərə zərbə əmri - Baku TV
Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyata və orduya Rusiyanın müharibəni genişləndirmək üçün istifadə etdiyi obyektlərə qabaqlayıcı zərbələr endirməyi əmr edib.
Bu barədə o, öz “Telegram” kanalında məlumat verib.
Zelenski bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemlərini digər istiqamətlərdən çıxararaq Moskvaya, Valdaya və Krım körpüsünə yaxın ərazilərdə cəmləşdirir.
“Təkcə Moskva regionuna onlar S-400, S-500 və “Pantsir” sistemləri üçün yüzlərlə buraxılış qurğusu yerləşdirib. Rusiyanın digər regionlarından Valdaya 90-a yaxın Hava Hücumundan Müdafiə buraxılış qurğusu cəmləşdirilib, Rusiya rəhbərliyinin rahatlığını qorumaq üçün orada həmçinin xüsusi Hava Hücumundan Müdafiə diviziyası formalaşdırılır”, – deyə Zelenski vurğulayıb.
O qeyd edib ki, artıq Rusiyanın 60-dan çox regionunda yanacaq qıtlığı, eləcə də benzin və dizelin qiymətlərində kəskin artım müşahidə olunur.
Zelenski bildirib ki, Ukraynanın əməliyyatları, o cümlədən Krımdakı əməliyyatlar dəqiq hesablanıb.
“Əgər Ukrayna tərəfdaşlarla haqqında danışdıqlarımızı əldə edərsə, o zaman biz operativ şəkildə elə şərait təmin edəcəyik ki, Rusiya sülhü seçməyə məcbur qalsın”, – deyə Ukrayna lideri əlavə edib.
Тег #Volodimir Zelenski используется
- Ukrayna Ordusu hərəkətə keçir: Savaşın gedişatı necə dəyişəcək? - Baku TV CANLI
- Zelenski Putinin dediyini etməsə, müharibə daha da şiddətlənəcək? - Baku TV CANLI
- Moskvaya qarşı 40 günlük xüsusi əməliyyat planı | Kiyevə sərt zərbələr - Baku TV
- Alyaskada prezidentlərin razılaşmaları "dəfn edilib"? - 24 SAAT
- Tramp fikrini niyə dəyişdi? | Rusiyanın növbəti həmləsi nə olacaq? - Baku TV
