Выбрать плеер:
Ukraynanın sülh danışıqlarına hazırlığı oktyabr ayında tamamlana bilər - Baku TV
ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bunu Kiyevdə keçirilən YES görüşü çərçivəsində "İnterfaks-Ukraina" xəbər agentliyinə açıqlamasında bildirib.
"Hazırlaşırıq. Oktyabr ayına..", – K.Budanov deyib.
O həmçinin üçtərəfli formatın müzakirə olunduğunu təsdiqləyib. Lakin danışıqların mümkün yeri barədə şərh verməkdən imtina edib.
Скопировано
