Vaşinqton "açıqdır" deyir, Tehran isə tam əksini bildirir - Baku TV
ABŞ rəsmilərinin Hörmüz boğazının açıq olması barədə açıqlamaları həqiqəti əks etdirmir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bununla bağlı bəyanat yayıb.
"Amerika rəsmilərinin Hörmüz boğazının açıq olması barədə açıqlamaları açıq-aşkar yalandır, yalnız neft qiymətlərinə nəzarət və öz məğlubiyyətlərini ört-basdır etmək məqsədi daşıyır", – deyə İslam İnqilabı Keşikçiləri Korpusundan bildirilib.
Bəyanatda o da qeyd olunub ki, strateji su yolu olan Hörmüz boğazı İranın nəzarətindədir:
"İslam döyüşçülərinin bu strateji su yolu üzərində nəzarəti tamamilə qətidir və Hörmüz boğazı bütün gücü ilə İranla razılaşdırılmadan keçmək niyyətində olan bütün gəmilərin üzünə bağlıdır. Bu proses Amerika Ordusunun təhdidləri sona çatana və Ağ Ev müəyyən edilmiş öhdəlikləri yerinə yetirənə qədər davam edəcək".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp "Axios"a müsahibəsində Hörmüz boğazının açıq olduğunu vurğulayıb.
