Vəziyyət kəskin pisləşir | Rusiya Livana yeni raket sistemləri göndərəcək?
“İsrail 8 “Patriot” kompleksinin Ukraynaya verilməsi ilə bağlı danışıqlar aparır. Onların 30 yaşı var, İsrail onları istismardan çıxarıb, Ukraynaya vermək istəyir, əvəzində isə ABŞ-dən yenisini alacaqlar. Əgər bu baş verərsə, Rusiya, çox güman ki, Livan ordusuna yeni raket sistemləri ötürəcək”.
Bu sözləri rusiyalı ekspert Sergey Markov İsrailin Ukraynaya ABŞ vasitəsilə 8 “Patriot” sistemi göndərmək istəməsi barədə yayılan məlumata münasibət bildirərkən deyib.
Markov qeyd edib ki, Rusiya Livana yeni raket sistemləri versə, “Hizbullah”dan müdafiə olunmaq üçün daha çox “Patriot”a ehtiyac olacaq:
“Amma bu, Rusiya ilə İsrail arasında münasibətlərin fəlakətli şəkildə pisləşməsinə gətirib çıxaracaq və bu pisləşmə İsrail üçün Suriyada vəziyyətin kəskin pisləşməsinə səbəb olacaq”.
![icon](/images/loading.png)