Avropa İttifaqı Gürcüstana şərt qoydu
Rəsmi Tbilisi Avropa İttifaqının tövsiyələrinə məhəl qoymasa, o zaman Avropa Komissiyası Gürcüstanla vizasız rejimi ləğv edə bilər.
Bu, Avropa Komissiyasının 19 dekabrda vizasız rejimin dayandırılması mexanizmi çərçivəsində dərc olunmuş sayca səkkizinci hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, birinci mərhələdə Gürcüstan hakimiyyəti tərəfindən verilmiş diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejim dayandırılacaq, çünki tövsiyələrin yerinə yetirilməməsinə görə əsas məsuliyyəti onlar daşıyır.
"İkinci mərhələdə əgər gürcü hakimiyyəti aşkar edilmiş problemləri aradan qaldırmasa, o zaman vizasız rejimin dayandırılması bütün əhaliyə şamil edilə bilər. Nəticədə Gürcüstan vizasız ölkə statusunu tamamilə itirə bilər", – deyə sənəddə qeyd olunub.
