Rusiya Ordusundan Odessadakı limana hücum
Rusiya Ordusu Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə zərbələr endirib.
Bu barədə Odessa Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 7 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.
Qeyd edilib ki, axşam saatlarında Odessa rayonunda yerləşən liman infrastruktur obyektinə kütləvi ballistik raket hücumu həyata keçirilib. Zərbə nəticəsində dayanacaqda olan yük avtomobillərində yanğın baş verib.
"Davam edən hava həyəcan siqnalları səbəbindən operativ və fövqəladə xidmətlərin işi çətinləşib", – deyə Hərbi Administrasiyadan bildirilib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri dekabrın 19-da Rusiyanın Pokrovsk rayonunda yerləşdirdiyi onlarla zirehli texnikanı məhv edib. Bundan əlavə, "Lasar qrupu"nun bölmələri 5 tank, 6 döyüş zirehli maşını, 2 hərbi avtomobil və 4 minik nəqliyyat vasitəsinə ziyan vurublar.
Тег #Odessa şəhəri используется
- Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI
- Bu hücum Rusiyaya da baha başa gəldi | Ukraynaya raket hücumu
- Rusiya Odessaya hücum etdi | Ölən və xəsarət alanlar var
- Rusiyanın məqsədi təkcə Ukrayna deyil | Sözçü bu ölkələrə xəbərdarlıq etdi
- Əhali dəhşət yaşadı | Ukraynanın bu şəhəri güclü hücumlarla silkələndi
