Dünya
Выбрать плеер:

Zelenski sülhün şərtlərini açıqladı | Putin liderlərin bura gəlməməsi üçün...

17 июня 2024

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədə keçirilən sülh sammitindən sonra çıxışı zamanı Rusiya ilə danışıqlar barəsində açıqlama verib.

Ölkə başçısı Rusiya qoşunlarının cəbhədən çıxarılması şərti ilə hər zaman sülhə hazır olduğunu etiraf edib.

“Mən bütün dövlətlərə və liderlərə, o cümlədən baş nazirlərə və burada təmsil olunan təşkilatlara təşəkkürümü bildirmək istəyirəm. Şəxsən mən bunu uğur kimi qiymətləndirirəm və yeri gəlmişkən, onu da qeyd edim ki, Rusiya bir çox liderin bura gəlməməsi üçün əlindən gələn hər şeyi etdi. Lakin mən şadam ki, ölkə rəhbərləri sammitdə iştirak edərək öz müstəqil fikirlərini və ideyalarını bizimlə bölüşdülər.

Sülhə gəldikdə isə onu deyə bilərəm ki, Rusiyaya bu lazım deyil. Sülh bizə lazımdır. Mən ad çəkməyəcəyəm, amma demək olar ki, istənilən ölkə bu provokasiyanın qurbanı oldu. Rusiya ilə danışıqlara gəlincə də mən artıq dedim ki, əgər ölkə qoşunları ərazilərimizdən çıxarılarsa, biz bir gün belə gecikmə olmadan danışıqlara başlaya bilərik.

Çinlə bağlı isə demək istəyirəm ki, biz onların ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırıq. Çinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyimizə hörmət etməsi də bizim onlardan yeganə istəyimizdir.

Biz sizin xalqınıza, milli dəyərlərinizə hörmət edirik və sizdən də eynisini gözləyirik. Çin güclü bir ölkədir. Güclü olmaqla yanaşı, Rusiyaya siyasi və iqtisadi baxımdan təsir göstərən bir dövlətdir. Bu səbəbdən də düşünürəm ki, Çin həqiqətən də bizə kömək edə bilər”, – deyə o bildirib.

Qeyd edək ki, 15-16 iyun tarixlərində baş tutan sammit zamanı Rusiya-Ukrayna arasında sülhün əldə edilməsi prosesi müzakirə edilib. 

Скопировано
42 ölkənin idmançıları Kapadokyada yarışa girdi | Səhra marafonundan görüntülər

42 ölkənin idmançıları Kapadokyada yarışa girdi | Səhra marafonundan görüntülər

Dünya
26 июня 2024
Ermənistan KTMT-dən hansı halda çıxa bilər? | Hərbi ekspertdən açıqlama

Ermənistan KTMT-dən hansı halda çıxa bilər? | Hərbi ekspertdən açıqlama

Dünya
26 июня 2024
Dağıstandakı hücumda əsl məqsəd nə idi? - Rəhbər şəxsin övladları da orada...

Dağıstandakı hücumda əsl məqsəd nə idi? - Rəhbər şəxsin övladları da orada...

Dünya
26 июня 2024
Rusiya və Ukrayna arasında əsir mübadiləsi | Hərbçilər necə qaytarıldı?

Rusiya və Ukrayna arasında əsir mübadiləsi | Hərbçilər necə qaytarıldı?

Dünya
26 июня 2024
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı | Cinayət işi başlanıldı

Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı | Cinayət işi başlanıldı

Dünya
25 июня 2024
Dağıstanda niqab qalmaqalı | Ölkə rəhbərindən sərt çıxış

Dağıstanda niqab qalmaqalı | Ölkə rəhbərindən sərt çıxış

Dünya
25 июня 2024
Putindən Ərdoğana vacib zəng | Prezidentlər nələri müzakirə etdi?

Putindən Ərdoğana vacib zəng | Prezidentlər nələri müzakirə etdi?

Dünya
25 июня 2024
Dağıstanın rəhbəri deputatlarla bağlı təcili göstəriş verdi | Detallar məlum oldu

Dağıstanın rəhbəri deputatlarla bağlı təcili göstəriş verdi | Detallar məlum oldu

Dünya
25 июня 2024
Aİ Gürcüstanı nədən məhrum edir? | Qalmaqallı qanun ləğv edilə bilər

Aİ Gürcüstanı nədən məhrum edir? | Qalmaqallı qanun ləğv edilə bilər

Dünya
25 июня 2024
Keniyada polislə etirazçılar arasında toqquşma | Ölənlər var

Keniyada polislə etirazçılar arasında toqquşma | Ölənlər var

Dünya
25 июня 2024
Выбранные
icon