Выбрать плеер:
55 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Astara rayonunda keçirdiyi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş 55 kiloqramdan artıq külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Əməliyyat zamanı əvvəllər də narkotik satışı ilə məhkum olunmuş 48 yaşlı Elçin Cavadov saxlanılıb. Ondan tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, metamfetamin və tiryək aşkar edilib. Cinayət işi açılıb və Cavadov barəsində həbs qətimkan tədbiri seçilib.
Скопировано
