Выбрать плеер:
69 yaşlı qadının tükürpərdən ölümü | "Hər yeri axtarıblar, qızıllarına dəyməyiblər" - Baku TV
Masallıda 69 yaşlı qadının yaşadığı evdə meyiti aşkarlanıb.
Hadisə rayonun Şıxlar kəndində baş verib. Kənd sakini Elmira Əmənovanın balta ilə qətlə yetirildiyi bildirilir.
Mərhumun qohumunun sözlərinə görə, qadın evdə tək yaşayırmış:
“Qapını açan kimi arxadan balta ilə vurublar. Bütün yerləri axtarıblar, şkafları, çəkməcələri töküblər. Amma heç nə aparmayıblar. Əlində, qulaqlarında qızıl olub, onlara da dəyməyiblər”.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Скопировано
