Выбрать плеер:

Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV

10 июня 2026 66 просмотров

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın "SAUR" şirkətinin vitse-prezidenti Anas Derasın apellyasiya şikayətinə baxılıb və onun cəzası 3 il azaldılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anas Deras 2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı tətbiq olunan beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün isə sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, Fərhad Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anas Deras və Aleksandr Benallanın hesabına köçürüb.

Anas Derasa Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3-cü (rüşvət alma, passiv rüşvətxorluq külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Aleksandr Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı "Interpol"a müraciət olunub.

Скопировано
"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

Hadisə
11 июня 2026 66 просмотров
Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Hadisə
11 июня 2026 66 просмотров
"Arzum"un məhkəməsində heç bir vəsatət təmin edilmədi | Nələr açıqlandı? - Baku TV

"Arzum"un məhkəməsində heç bir vəsatət təmin edilmədi | Nələr açıqlandı? - Baku TV

Hadisə
11 июня 2026 66 просмотров
Tanınmış vəkilin 19 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi - Baku TV CANLI

Tanınmış vəkilin 19 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi - Baku TV CANLI

Hadisə
11 июня 2026 66 просмотров
Gədəbəydə yağış yağdı, dolu düşdü

Gədəbəydə yağış yağdı, dolu düşdü

Hadisə
11 июня 2026 66 просмотров
Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Hadisə
11 июня 2026 66 просмотров
Taleh Qaraşova sui-qəsd hazırlayan şəxs barədə hansı qərar verildi? - Baku TV

Taleh Qaraşova sui-qəsd hazırlayan şəxs barədə hansı qərar verildi? - Baku TV

Hadisə
11 июня 2026 66 просмотров
Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Hadisə
10 июня 2026 66 просмотров
İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

Hadisə
10 июня 2026 66 просмотров
XİN Azov dənizində həlak olan azərbaycanlılarla bağlı məlumat yaydı - 24 SAAT

XİN Azov dənizində həlak olan azərbaycanlılarla bağlı məlumat yaydı - 24 SAAT

Hadisə
10 июня 2026 66 просмотров
Выбранные
icon