Выбрать плеер:

Taleh Qaraşova sui-qəsd hazırlayan şəxs barədə hansı qərar verildi? - Baku TV

11 июня 2026 41 просмотров

Bakı Apellyasiya Məhkəməsində Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun apellyasiya şikayətinə baxılıb.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Bəhruz Əskərov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, Bəhruz Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına, həmçinin Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Скопировано
"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

Hadisə
11 июня 2026 41 просмотров
Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Hadisə
11 июня 2026 41 просмотров
"Arzum"un məhkəməsində heç bir vəsatət təmin edilmədi | Nələr açıqlandı? - Baku TV

"Arzum"un məhkəməsində heç bir vəsatət təmin edilmədi | Nələr açıqlandı? - Baku TV

Hadisə
11 июня 2026 41 просмотров
Tanınmış vəkilin 19 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi - Baku TV CANLI

Tanınmış vəkilin 19 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi - Baku TV CANLI

Hadisə
11 июня 2026 41 просмотров
Gədəbəydə yağış yağdı, dolu düşdü

Gədəbəydə yağış yağdı, dolu düşdü

Hadisə
11 июня 2026 41 просмотров
Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Hadisə
11 июня 2026 41 просмотров
Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Hadisə
10 июня 2026 41 просмотров
İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

Hadisə
10 июня 2026 41 просмотров
Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV

Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV

Hadisə
10 июня 2026 41 просмотров
XİN Azov dənizində həlak olan azərbaycanlılarla bağlı məlumat yaydı - 24 SAAT

XİN Azov dənizində həlak olan azərbaycanlılarla bağlı məlumat yaydı - 24 SAAT

Hadisə
10 июня 2026 41 просмотров
Выбранные
icon