Ağdərədə minaya düşən Xocalı rayon sakininin son durumu açıqlandı - Baku TV
Aprelin 26-da Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, Xocalı rayonu Yenibinə kənd sakini 59 yaşlı Əhmədov Vüqar Salah oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb. O, dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Xəstəxanadan verilən məlumata görə, partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
