Выбрать плеер:
Mingəçevirdə güclü külək fəsadlara səbəb oldu | Aşan ağaclar mənzillərə ziyan vurdu - Baku TV
Mingəçevirdə güclü külək fəsadlar törədib.
Güclü külək nəticəsində şəhərin Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının yaxınlığındakı irigövdəli ağacın böyük bir budağı qırılaraq binanın üzərinə aşıb. Hadisə nəticəsində dördüncü mərtəbədə yaşayan Sevil Nağıyevaya məxsus mənzilin eyvanına ziyan dəyib.
“Qəfildən bərk səs gəldi, əvvəlcə nə baş verdiyini anlamadıq. Oğlum məni səslədi və gördüm ki, ağac budağının bir hissəsi yataq otağının daxilində, digər hissəsi isə çöldə qalıb. Çox təşvişə düşdük”, – Sevil Nağıyeva söyləyib.
Qeyd edək ki, küləyin yaratdığı fəsadlar müvafiq qurumlar tərəfindən aradan qaldırılıb. Bölgədə küləkli hava şəraiti isə davam edir.
Скопировано
