Выбрать плеер:
Astarada vəfat edən məktəbli qızın ölüm səbəbi məlum oldu
Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanalardan birində vəfat edib.
Təxminən 1 ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları bildiriblər ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.
Qeyd edək ki, 16 yaşlı Gülnarə Əlizadə doğulduğu Toradi kənd qəbirstanlığında dəfn edilib.
Скопировано
