Выбрать плеер:

Avtomobil aldı, dələduzların qurbanı oldu | Şikayətçi başına gələnlərdən danışdı - Baku TV

31 мая 2026 110 просмотров

Məşhur avtomobil elan saytlarından birində gördüyü nəqliyyat vasitəsini almaq istəyən vətəndaş dələduzluqla üzləşdiyini iddia edir.

Şikayətçi Əvəz Cabbarovun sözlərinə görə, o, mayın 19-da internetdə yerləşdirilən avtomobil elanı ilə maraqlanıb. Elanda avtomobil üçün 6 500 manat ilkin ödəniş və 30 ay müddətinə aylıq 515 manat kredit ödənişi nəzərdə tutulduğu qeyd olunub.

Ə.Cabbarov bildirib ki, satıcı ilə əlaqə saxladıqdan sonra avtomobilə baxmaq üçün göstərilən ünvana gedib.

“Avtomobilin sahibi olduğunu deyən şəxs mənə bildirdi ki, maşın atasının qapısındadır. Gedib baxdıq, bəyəndik. Daha sonra onun atası məndən ümumilikdə 1 115 manat pul aldı. Məqsəd ilkin alqı-satqı müqaviləsi bağlamaq idi. Çünki avtomobili kreditlə almaq istəyirdim. Lakin kredit məsələsi gündəmə gələndən sonra həmin şəxslərlə əlaqə saxlaya bilmədim”, – deyə o qeyd edib.

Şikayətçinin sözlərinə görə, hazırda avtomobil etibarnamə əsasında onun istifadəsində olsa da, sonradan ortaya çıxan başqa bir şəxs nəqliyyat vasitəsinin əsl sahibinin özü olduğunu iddia edib:

“Bir nəfər ortaya çıxıb dedi ki, avtomobilin sahibi mənəm. Bildirdi ki, mənim beh verdiyim şəxsləri tanımır. Həmin şəxslərlə isə artıq heç bir əlaqə saxlamaq mümkün deyil”.

Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparıldığı bildirilir.

Скопировано
Azovda həlak olan dənizçilərin yaxınları nələri danışdı? - Baku TV

Azovda həlak olan dənizçilərin yaxınları nələri danışdı? - Baku TV

Hadisə
05 июня 2026 110 просмотров
Azovda ölən kapitan köməkçisinin qardaşı Baku TV-yə danışdı

Azovda ölən kapitan köməkçisinin qardaşı Baku TV-yə danışdı

Hadisə
05 июня 2026 110 просмотров
Azovda azərbaycanlıların olduğu gəmiyə hücum edildi - Baku TV CANLI

Azovda azərbaycanlıların olduğu gəmiyə hücum edildi - Baku TV CANLI

Hadisə
05 июня 2026 110 просмотров
Azovda azərbaycanlıların olduğu iki gəmiyə PUA hücumu | XİN-dən təcili məlumat - Baku TV

Azovda azərbaycanlıların olduğu iki gəmiyə PUA hücumu | XİN-dən təcili məlumat - Baku TV

Hadisə
05 июня 2026 110 просмотров
Sumqayıtda 72 yaşlı kişinin meyiti aşkarlanıb - Baku TV

Sumqayıtda 72 yaşlı kişinin meyiti aşkarlanıb - Baku TV

Hadisə
05 июня 2026 110 просмотров
Təqsirləndirilən şəxslər körpələrin ölümündə ittiham ediliblər - Baku TV

Təqsirləndirilən şəxslər körpələrin ölümündə ittiham ediliblər - Baku TV

Hadisə
04 июня 2026 110 просмотров
Bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxslər saxlanılıb - Baku TV

Bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxslər saxlanılıb - Baku TV

Hadisə
04 июня 2026 110 просмотров
Bloger "Arzum"un məhkəməsində nələr üzə çıxdı? - Ölümlə nəticələnən hadisənin detalları - Baku TV

Bloger "Arzum"un məhkəməsində nələr üzə çıxdı? - Ölümlə nəticələnən hadisənin detalları - Baku TV

Hadisə
04 июня 2026 110 просмотров
Keşlədə obyektdə qorxunc yanğın baş verdi | Baku TV hadisə yerində - Baku TV

Keşlədə obyektdə qorxunc yanğın baş verdi | Baku TV hadisə yerində - Baku TV

Hadisə
04 июня 2026 110 просмотров
Keşlədə güclü yanğın baş verdi | Hadisə yerindən anbaan görüntülər - Baku TV CANLI

Keşlədə güclü yanğın baş verdi | Hadisə yerindən anbaan görüntülər - Baku TV CANLI

Hadisə
04 июня 2026 110 просмотров
Выбранные
icon