Выбрать плеер:
Cəlilabadda dəhşətli qətl hadisəsi | Hadisəni törədən yeniyetmə axtarılır - Baku TV
Cəlilabad rayonunun Məhəmməd Hadi küçəsində qətl hadisəsi baş verib.
İlkin məlumata görə, 15 yaşlı Anar Əzizov dayısı arvadı 27 yaşlı Səidə Cəfərovaya kəsici alətlə çoxsaylı xəsarətlər yetirib. Nəticədə gənc qadın hadisə yerində həyatını itirib.
Anarın ailəsi uzun müddətdir ki, Rusiyada yaşayır. O, bir müddət əvvəl babası tərəfindən Cəlilabada, yaxın qohumlarının yanına gətirilib.
Yaxın qohumlarının sözlərinə görə, yeniyetmənin psixoloji vəziyyətində müəyyən problemlər mövcud olub. Hadisənin isə Anarın anası ilə dayısının evdə olmadığı vaxt baş verdiyi bildirilir.
Qətli törətməkdə şübhəli bilinən Anar Əzizov hadisə yerindən qaçıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Скопировано
