Выбрать плеер:
"O divar da düşəcək" | Fasadı uçan binanın sakinləri narahatdır - Baku TV
Əsən güclü külək nəticəsində Nərimanov rayonu, Qarabağ küçəsi, 55 ünvanında yerləşən köhnə dördmərtəbəli yaşayış binasının fasad daşları qoparaq ona yaxın ərazidə parklanan üç avtomobilin üzərinə düşüb. Nəticədə maşınlara ciddi ziyan dəyib.
Ərazidəki sakinlər binanın qəzalı olmasının daha təhlükəli vəziyyətə səbəb olacağından narahatdırlar.
“Binanın fasadı dağılmış vəziyyətdədir. İçərisinə su da sızıb. Maşınlar burada saxlamasaydı, uşaqlara zərər dəyə bilərdi”, – deyə sakin bildirib.
Скопировано
