Выбрать плеер:
Bakı və Cəlilabadda cinayət törədən qrup üzvlərinə hökm oxundu - Baku TV
Qrup halında oğurluqda və quldurluqda təqsirləndirilən Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunaraq Məhəmməd Şirinzadə 4 il, Elmar Babayev isə 4 il 6 ay azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Samir Əliyevə isə şərti cəza verilməklə o, məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb onun zərərçəkənlərə dəyən ziyanın hamısını ödəməsidir.
Скопировано
