Hadisə
Выбрать плеер:

Bakıda narkokuryerlik və oğurluq edənlər saxlanıldı | Anbaan görüntü

27 апреля 2024

Metronun “Koroğlu” stansiyasının yaxınlığında yol polisinə tabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxt ərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bildirilib ki, həmin şəxsdən 2 kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin, marixuana və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi götürülüb.

Qeyd edilib ki, Tofiq Əliyev Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub.

Həmçinin Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib. Zərərçəkən işlətdiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.

Скопировано
İmişlidə dördotaqlı evdə yanğın | FHN hadisə yerində

İmişlidə dördotaqlı evdə yanğın | FHN hadisə yerində

Hadisə
13 мая 2024
Aşan maşın əzik-əzik oldu | Kürdəmirdə ağır qəza

Aşan maşın əzik-əzik oldu | Kürdəmirdə ağır qəza

Hadisə
13 мая 2024
FHN-dən “Sədərək” ticarət mərkəzindəki yanğınla bağlı son məlumat

FHN-dən “Sədərək” ticarət mərkəzindəki yanğınla bağlı son məlumat

Hadisə
13 мая 2024
DİN-dən Yasamaldakı hadisə ilə bağlı təcili açıqlama

DİN-dən Yasamaldakı hadisə ilə bağlı təcili açıqlama

Hadisə
13 мая 2024
Parkda avtoxuliqanlıq edən gənc həbs olundu

Parkda avtoxuliqanlıq edən gənc həbs olundu

Hadisə
12 мая 2024
Xırdalanda iki "KamAz "toqquşdu | Yaralanan var

Xırdalanda iki "KamAz "toqquşdu | Yaralanan var

Hadisə
12 мая 2024
Ağdaşda yeddiotaqlı evdə güclü yanğın | FHN hadisə yerində

Ağdaşda yeddiotaqlı evdə güclü yanğın | FHN hadisə yerində

Hadisə
12 мая 2024
Goranboyda minik və yük avtomobilləri toqquşdu  | Ölən var

Goranboyda minik və yük avtomobilləri toqquşdu | Ölən var

Hadisə
12 мая 2024
Hadisə şahidləri zəlzələ anından danışdı

Hadisə şahidləri zəlzələ anından danışdı

Hadisə
12 мая 2024
Naxçıvanda göldə boğulan iki gənc torpağa tapşırıldı | Arzuları ilə birlikdə dəfn olundular

Naxçıvanda göldə boğulan iki gənc torpağa tapşırıldı | Arzuları ilə birlikdə dəfn olundular

Hadisə
12 мая 2024
Выбранные
icon